525.Az

Özünü binadan atmaq istəyən şəxsin intihar cəhdinin qarşısı alındı


 

Özünü binadan atmaq istəyən şəxsin intihar cəhdinin qarşısı alındı<b style="color:red"></b>

Abşeronda özünü binadan atmaq istəyən şəxsin kimliyi açıqlanıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 12 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü Elnur Mehman oğlu Salahovdur.
 
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alıblar.
 
E.Salahov intihara cəhd etməsinə səbəb kimi maddi vəziyyətinin pis olmasını göstərib.
 
___________
Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Masazır qəsəbəsində, qəsəbə bələdiyyəsinin yaxınlığında yerləşən 12 mərtəbəli binanın damına çıxan kişi özünü binadan atacağını deyib.
 

 





13.02.2014    çap et  çap et