525.Az

TQDK iş nömrəsi və şifri unutmuş abituriyentlərə müraciət etdi


 

TQDK iş nömrəsi və şifri unutmuş abituriyentlərə müraciət etdi<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən “Elektron ərizə" vermək üçün ödəmə kartı əldə edib iş nömrəsini və şifri unutmuş şəxslərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən “Elektron ərizə vermək üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonları vasitəsilə ala bilərlər.
 
“Elektron ərizə vermək üçün ödəmə kartı”nın məlumatları barədə mesaj almaq üçün ödəmə kartını alarkən istifadə edilən telefon nömrəsindən 7745 nömrəsinə qısa mesajla 2 göndərmək lazımdır. Nəticədə abunəçinin nömrəsinə həmin nömrədən əldə edilmiş son üç virtual ödəmə kartı barədə məlumat göndərilir. Xidmət haqqı 0,10 AZN təşkil edir. ƏDV daxildir.
 





13.02.2014    çap et  çap et