525.Az

İtaliyada çıxan "Çağdaş Azərbaycan poeziyası"nın AYB-də təqdimatı olub (Fotolar)


 

İtaliyada çıxan "Çağdaş Azərbaycan poeziyası"nın AYB-də təqdimatı olub <b style="color:red">(Fotolar)</b>

Ötən gün Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda İtaliyada çap olunmuş  "Çağdaş Azərbaycan poeziyası" ("La poesia Azera contemporanea")  toplusunun təqdimatı keçirilib. Davide Qualtieri, Azərbaycan Yazıçılar Birliyi, Əsir İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov, Mais Nəzakət Nuriyevlərin birgə təşəbbüsü səyi nəticəsində işıq üzü görmüş topluda Xalq şairləri Məmməd Araz, Fikrət Qoca, şairlər Tofiq Abdin, Zakir Fəxri, Əjdər Ol, Vaqif Bəhmənli, Rəşad Məcid, Ədalət Əsgəroğlu, Qulu Ağsəs, Elçin Mirzəbəyli, Laçın Məmişov, Rəfail Tağızadə, Həyat Şəmi, Elşad Ərşadoğlu, Sevinc Mürvətqızı, Bəsti Əlibəyli Feyziyyənin şeirləri yer alıb.

Kitaba önsözü İtaliyanın məşhur türkoloqu Giampiero Bellingeri yazıb. Önsözdə Nizami Gəncəvi, Saib Təbrizi, Qövsi Təbrizi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Mirzə Əli Möcüz, Məhəmmədhüseyn Şəhriyar kimi dahi şairlər yetirmiş  Azərbaycanın əsrlərə söykənən poeziya ənənələrindən bəhs edilir. Kitabda Davide Qualtierinin yazısı da yer alıb. Müəllif yazıda kitabın ərsəyə gəlməsində göstərilən köməyə görə, Şahin Sayılovun şəxsində, Əsir İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasına, eləcə Nuriyevlər ailəsinə - pianoçu Nəzakət xanıma xoreoqraf, İtaliyadakı "Azəri" Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyevə minnətdarlığını ifadə edib.

Təqdimat mərasimindəki giriş sözündə AYB-nin katibi Rəşad Məcid sözügedən kitabdan, Milanda Azərbaycan poeziyasının təntənəsindən danışıb: "Konsert Fikrət Qocanın Cüzeppe Verdi haqqında yazdığı şeirin italyancaya tərcüməsinin Davide Qualtierinin ifasında səslənməsilə başlandı. Davide Qualtieri öz bəstələrinin fonunda Fikrət Qocanın şeirlərini italyanca oxudu. Konsert boyu həm italyan, həm Azərbaycan musiqisinin sintez şəkildə müşayiəti ilə şeirlər həm italyanca, həm Azərbaycan dilində tamaşaçıların diqqətinə çatdırıldı. Həmçinin Azərbaycan milli geyimində olan italyan rəqs ustaları musiqiçilər improvizə olunmuş rəqs balet kompozisiyaları ilə çıxış edirdilər. Təxminən 40 nəfərdən ibarət uşaq xorunun ifasında şeirlər Azərbaycan dilində oxunurdu. Konsert çox bəyənildi, gur alqışlarla qarşılandı. Davide Qualtieri çox istedadlı olmaqla yanaşı, öz sənətinə, poeziyaya böyük məhəbbət bəsləyən yaradıcı insandır. Belə bir istedadlı, sözə, musiqiyə sevgi dolu şəxsiyyətin Azərbaycana maraq, rəğbət göstərməsi, ölkəmizi sevməsi, mədəniyyətimizin təbliği ilə məşğul olması bizim üçün böyük şansdır. Çox sevindiricidir ki, italyan xalqının belə bir istedadlı nümayəndəsi Azərbaycana bu cür sevgiylə yanaşır. Davide Qualtierinin fevralın 8- Milan Konservatoriyasında nümayiş etdirdiyi sənət, onun qeyri-adi musiqi ilə Fikrət Qocanın şeirləri əsasında yaradıb sərgilədiyi möhtəşəm harmoniya məni çox həyəcanlandırdı. Dünyanın qədim nüfuzlu musiqi məktəblərindən biri olan Milan Konservatoriyasında Azərbaycan şairinin şeirlərindən ibarət belə möhtəşəm bir konsert təşkil etmək Davide Qualtierinin böyük istedadının, güclü həvəsinin göstəricisidir. Çox sevinirəm ki, belə bir insan Azərbaycan poeziyasına bu qədər maraq göstərir".

Xalq şairi Fikrət Qoca da Milan təəssüratlarını qonaqlarla paylaşıb: "Mənim şeirim Azərbaycan ədəbiyyatında bir damcıdır. Bu kitab isə məni daha çox sevindirir. Burada təbii ki, Azərbaycan ədəbiyyatından hamı təmsil olunmur. Amma nəzərə alaq ki, bu şairlərin şeirlərini bir professor təkbaşına tərcümə edib. Bu təmənnasız tərcümə olunmuş bir kitabdır. Görün, Davide Qualtierinin Azərbaycan ədəbiyyatına qədər ehtiramı, sevgisi var ki, belə böyük bir ərsəyə gətirib. İtalyanlar bu tədbirlə həm şeirə hərtərəfli yanaşdıqlarını sübut etdilər. Azərbaycan italyan musiqilərinin müşayiəti ilə şeirlər səsləndikcə, səhnədə italyan rəssam Alessandra Vahid fantaziyasına uyğun tablolar işləyirdi. Onlardan ən çox Azərbaycanı simvolizə edən qoca çinar tablosunu bəyəndim.

Yaxşı olar ki, bundan sonra biz klassiklərimizin yubileyini qeyd edərkən bu ənənədən istifadə edək. Gedib görməklə yanaşı öyrənmək vacibdir".

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli bu kitabı iki ay öncə Avropada həmkarı Vəfa xanıma bağışlananda gördüyünü deyib. V.Bəhmənli  Avropanın hər baxımdan nəhəng bir ölkəsində, dünyanın ən böyük mədəniyyət beşiklərindən olan İtaliyada Azərbaycan şairlərinin şeirlərinin tərcüməsi təqdimatını çox böyük bir hadisə kimi qiymətləndirib: "Bu kitab bizim üçün böyük hədiyyədir. Bu işdə zəhməti olan hər kəsə minnətdarlığımı bildiririrəm. Fikrət müəllim düz deyir, bu maddi vəsaitlə başa gələn bir deyil, burada sevgi amili əsas rol oynayır. Düşünürəm ki, Davide Qualtieri ilə, ümumiyyətlə, Azərbaycanı belə sevən insanlarla əlaqələri daha da sıxlaşdırmalıyıq". V.Bəhmənli Azərbaycan poeziyasının dünyanın aparıcı 20 xarici dilində tərcümə olunması təklifi ilə çıxış edib: "Fərdi qaydada ədəbiyyatımız xaricdə tərcümə çap olunur, amma bunun sistemli şəkildə çapına nail olmalıyıq. Bu, Azərbaycan ədəbiyyatının sistemli təbliğatı deməkdir. Fikrimcə, yaxşı olardı ki, Azərbaycan nəsri, poeziyası 20 dildə xarici ölkələrdə çap edilsin. İnanıram ki, dövlətimiz bu ideyaya dəstək verər".

Şair Elçin Mirzəbəyli bu kitabın nəşrini bütövlükdə Azərbaycan ədəbiyyatı üçün bir hadisə kimi dəyərləndirib: "Bu kitabın nəşri mənim üçün bayramdır. Bu prosesin davamını gözləyirəm arzulayıram. Yazıçılar Birliyinin ədəbiyyatımızın təbliği istiqamətində aparılan bu prosesin önündə gedəcəyinə inanıram".

Şairə  Həyat Şəmi kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü çatdıraraq Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra mədəni sahədə sərhədlərin açılmasından danışıb: "Müstəqillik dövründə müasir ədəbiyyatımızın təbliği, dünya miqyasında tanıdılması istiqamətində böyük işlər görülüb. İtaliya qədim tarixi olan bir ölkədir. Belə qədim tarixi olan bir ölkədə çağdaş Azərbaycan poeziyasının təqdimatı böyük ədəbi hadisədir".

Sonra şairə kitabda yer almış "Adını sən qoy" şeirini oxuyub.

Şair Qulu Ağsəs kitabın nəşrində zəhmət çəkənlərə minnətdarlığını bildirib: "Şeirlərin sətri tərcüməsini həyata keçirən Mais Nuriyevlə Fasebookda dost olmuşuq. O bildirir ki, İtaliyada Azərbaycan ədəbiyyatına böyük  maraq var".Sonra Qulu Ağsəs kitabdakı şeirini oxuyub.

Xalq yazıçısı Mövlud Süleymanlı təqdimat mərasiminin başqa tədbirlərdən fərqləndiyini diqqətə çatdırıb: "Bu, gördüyümüz   görəcəyimiz başqa tədbirlərdən seçilir. Şeir başlanğıcdı, bütün işləri kənara qoyandan sonra görülən işdi. Bu mənada kitabda şeirləri olan bütün şairlərə böyük hörmətim var. Fikrət Qocanın istiqanlı, sevimli, ilıq yanaşmaları, Milandakı konsert haqqında təəssüratları çox xoşuma gəldi. Mən Fikrət Qocanın təklifinə səs verirəm. Gəlin, biz tədbirlərimizi İtaliyadakı kimi keçirək. Arzu edirəm ki, Azərbaycan ədəbiyyatının təbliğatı istiqamətində görülən belə işlər davamlı olsun".

AYB-nin sədri, Xalq yazıçısı Anar tədbiri yekunlaşdıraraq topluda şeirləri dərc olunan şairləri təbrik edib, bu kitabın nəşrinə görə qürur hissi keçirdiyini dilə gətirib: "İtaliya sənət ölkəsidir belə bir ölkədə Azərbaycan poeziyasının təqdim olunması, yüksək səviyyədə  italyan oxucusuna çatdırılması çox fərəhli hadisədir. Biz gərək ədəbiyyatımızı dünyaya çıxaraq. Azərbaycan poeziyasını dünyanın əsas dillərinə - ingilis, rus, ispan, italyan, fransız, türk dilinə çevirmək lazımdır. İndiyədək Yazıçılar Birliyi tərəfindən belə işlər həyata keçirilib, bundan sonra da bu, davamlı şəkil almalıdır. İlk təşəbbüs kimi İtaliyada çıxan bu kitabın böyük əhəmiyyəti var".

Xatırladaq ki, fevralın 9-da sözügedən kitabın Milanın görkəmli bir yerində, La Skala teatrı ilə üzbəüz yerləşən qədim Milan bələdiyyə binasında təqdimatı keçirilib. Təqdimat mərasimi İtaliya mediasında da geniş şəkildə öz əksini tapıb. İtaliyanın bir sıra qəzet internet saytlarında tədbirlərlə bağlı informasiya reportajlar çap  olunub.

S.MÜRVƏTQIZI

 





14.02.2014    çap et  çap et