525.Az

Əli Həsənov: "Bu qanun bütün Avropa standartlarına uyğundur"


 

Əli Həsənov: "Bu qanun bütün Avropa standartlarına uyğundur"<b style="color:red"></b>

“Azərbaycanın dini etiqad azadlığı haqqında qəbul etdiyi qanun Avropa standartlarına uyğundur”.

Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Venesiya Komissiyasının “Dini etiqad azadlığı haqqında” qanuna verdiyi rəylə bağlı APA-nın sualına cavab olaraq deyib:

“Düşünürük ki, bu rəy Venesiya Komissiyasının ayrı-ayrı nümayəndələrinə təqdim olunan qanunun tərcüməsində baş verən təhriflər nəticəsində formalaşıb. Bundan irəli gələn müəyyən terminologiyalar və müəyyən formullar düzgün tərcümə olunmadığına görə müəyyən anlaşılmazlıq yaradır. Bununla bağlı biz Venesiya Komissiyasına lazımı arayış hazırlamışıq. Düşünürük ki, bu qanun bütün Avropa standartlarına uyğundur. Çünki qanun çərçivəsində Azərbaycanın bütün dini icmalar tam azad və sərbəst fəaliyyət göstərir, heç kim narazılıq etməyib”.

 





17.10.2012    çap et  çap et