525.Az

Prezident “Xocalıya ədalət” kampaniyası ilə bağlı sərəncam verdi


 

Prezident “Xocalıya ədalət” kampaniyası ilə bağlı sərəncam verdi<b style="color:red"></b> Prezident İlham Əliyev “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sərəncamla beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
 





13.02.2014    çap et  çap et