525.Az

Azərbaycanda məktəbli məktub yazıb özünü öldürdü


 

Azərbaycanda məktəbli məktub yazıb özünü öldürdü<b style="color:red"></b>

Dünən Salyan rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Salyan şəhərində 1996-cı il təvəllüdlü Hüseynov Məmmədhüseyn Mübariz oğlu özünü öldürüb. Orta məktəbin 11-ci sinif şagirdi olan M.Hüseynov yaşadığı binanın 9-cu mərtəbəsinə çıxaraq, özünü aşağı atıb. O, hadisə yerində keçinib.

İlkin araşdırmalar zamanı intihar etmiş məktəblinin məktubu tapılıb. Məktubda yazılıb: “Artıq yaşamaq istəmirəm, həyatdan bezmişəm”.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 





17.10.2012    çap et  çap et