525.Az

Elçin Hüseynbəylinin dörd romanının təkrar nəşri


 

Elçin Hüseynbəylinin dörd romanının təkrar nəşri<b style="color:red"></b> Yazıçı Elçin Hüseynbəylinin dörd romanı təkrar nəşr olunub. Bunlar “Balıq adam”, “Aişə”, “Yovşan qağayılar” və “Metro vadisi” kitablarıdır.

Yeni dizaynda, nəfis   tərtib edilmiş kitablar “Qələm” nəşriyyatının məhsuludur.

“Aişə” romanı “Tut ağacı boyunca” xalq mahnısının motivləri əsasında yazılıb.

“Metro vadisi”ndə müəllif  oxucunu “qadın ərini, yoxsa qardaşını sevməlidir” dilemması qarşısında qoyur.
“Balıq adam”ın qəhrəmanı hamı kimi olmadığı üçün sınağa çəkilir  və nağıllardan fərqli olaraq əsərdə Şər qüvvələr qalib gəlir.

“Yovşan qağayılar” əsərində insan qaddaşı qabardılır. 100 illik dövrü əhatə edən hadisələr bu günə qədər uzanır.

Romanlar axıcı təhkiyyəyə malikdir və modern üslubdadır.

Kitabları  supermarketlərdən və kitab mağazalarından sərfəli qiymətə əldə etmək olar.
“Qələm” nəşriyyatı yaxın zamanlarda müəllifin imza gününü planlaşdırır.
E.Hüseynbəylinin seçmə hekayələrdən ibarət kitabı da adı çəkilən nəşriyyatda çapa hazırlanır.
Nəşriyyat son bir ildə E.Hüseynbəylinin doqquz kitabını (biri rus dilində) yayımlayıb.
 





15.02.2014    çap et  çap et