525.Az

“Ağ-Qara dünyam” adlı rəsm sərgisi keçirildi- Fotolar


 

“Ağ-Qara dünyam” adlı rəsm sərgisi keçirildi- <b style="color:red">Fotolar</b>

Sevinc Əzimbəyli: Bu kimi tədbirlərin keçirilməsi istedadlı gənclərin tanıdılması istiqamətində atılan bir addımdır.

"Yeniufuq.org"-un verdiyi məlumata görə, bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Gənclər şöbəsinin təmsilçisi, Qafqaz Universitetinin tələbəsi Elvin Süleymanovun “Ağ-Qara dünyam” adlı rəsm sərgisinin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, bu kimi tədbirlərin keçirilməsi istedadlı gənclərin tanıdılması istiqamətində atılan bir addımdır. Onun sözlərinə görə, gənclərə dəstək verilməsi onların pis vərdişlərdən uzaq olmasına vəsilə olur. Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Erarslan gənclərə xüsusi önəm verilməsinin, onların istedadının üzə çıxarılmasının doğru yol olduğunu deyib. O, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin xeyriyyəçilik, istedadlı gənclərin tanıdılması istiqamətində gördüyü işləri alqışlayıb.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli qeyd edib ki, bu gün bir sıra azərbaycanlı gənclərin Suriyada döyüşməsinin doğru yol olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Qarabağ kimi bir dərdi olan azərbaycanlının kənar qüvvələrin təsiri altına düşərək özünü qətl etdirməsi İslam dininin qaydalarına belə uyğun deyil: “Bu gün sərgisi keçirilən Elvin Süleymanov təqvası, əməli və istedadı ilə Suriyada döyüşənlərdən daha üstündür”.

“Yeni Üfüq” İctimai Birliyinin gənclər üzrə təmsilçisi Elvin Süleymanov çıxış edərək, hər kəsə öz təşəkkürünü bildirib. Nizami rayonu 220 saylı məktəb liseyin istedadlı şagirdi Afeliya Qocayevanın "Yeni Üfüq" İctimai Birliyinə hədiyyə olaraq, hazırladığı əl işi alqışlarla qarşılanıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Seyid Ahmed Arslan, səfirliyin mətbuat işləri üzrə müşavir Hamit Karadeniz, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, "Yeni Üfüq" İctimai Birliyinin sədr müavini Xanım Qasımova, Atatürk liseyini müdiri Ali Devrim və digərləri çıxış ediblər.

 





15.02.2014    çap et  çap et