525.Az

Azərbaycandakı Ukrayna vətəndaşları Ali Radaya seçkilərdə səs verə biləcəklər


 

Azərbaycandakı Ukrayna vətəndaşları Ali Radaya seçkilərdə səs verə biləcəklər<b style="color:red"></b> "Ukraynada Ali Radaya seçkilər yüksək səviyyədə keçiriləcək". Ukraynanın Azərbaycandakı səfirliyinin məsləhətçi-elçisi Rüstəm Rüstəmov belə hesab edir.

"Seçkilərdə Ukraynanın 22 siyasi partiyasının nümayəndələri iştirak edir. Seçkiləri beynəlxalq müşahidəçilər müşahidə edəcəklər. ATƏT missiyası özünün aralıq hesabatında ölkədəki seçkiqabağı vəziyyəti normal qiymətləndirib", - Trend-in məlumatına görə, bu barədə Rüstəmov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müşahidəçilər arasında Azərbaycandan nümayəndələr də var. Rüstəmov qeyd edib ki, bu gün Azərbaycanda səfirliyin konsul uçotunda Azərbaycanda müvəqqəti yaşayan və işləyən 210 Ukrayna vətəndaşı var.

Oktyabrın 28-də Ukrayna xalq deputatlarının seçkisi günü Azərbaycan ərazisində müvəqqəti olan ölkə vətəndaşları Bakıda bu ölkənin səfirliyi yanında yaradılan seçki məntəqəsində səs verə bilərlər.

Azərbaycan Respublikası ərazisində yaşayan və olan Ukrayna vətəndaşları Bakı şəhəri,
Y.Çəmənzəminli küçəsi, 49 ünvanda yerləşən Ukraynanın Azərbaycandakı səfirliyindəki 900003 saylı seçki məntəqəsində səs verə biləcəklər. Səsvermədə iştirak edən vətəndaşların Ukrayna vətəndaşlığını təsdiqləyən sənədinin üzərlərində olması vacibdir.
 





17.10.2012    çap et  çap et