525.Az

Con F.Kennedi- “Mərdliyin profilləri” (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi- “Mərdliyin profilləri”<b style="color:red"> (davamı)</b>

Heç şübhəsiz bunu Uebsteri dəstəkləyənlərin çoxu başa düşürdü, – bura Massaçusetsin biznes professional adamları daxil idi, onlar Yeddi Mart nitqinin yüz minlərlə nüsxəsinin bütün ölkədə paylanmasına kömək etdilər. Deniel Uebsterin köməyi ilə onlar anladılar ki, o, Massaçusets əhalisinə ünvanlanmış çap olunmuş nüsxələrə bu sözləri həsr etdi: “Zərurət məni çox şeylər barədə olandan daha çox həqiqət barədə danışmağa məcbur etdi... Mən həqiqətən sizə xoş olmağı sevirəm; lakin sizin mənə necə münasibət göstərməyinizdən asılı olmayaraq, mən sizi xilas etməyə üstünlük verirəm”.

Lakin bunu Abolitsionistlər 1850-ci ilin Azad Torpaqçıları (Azad Torpaq partiyasının üzvləri. 1848-1854- illərdə mövcud olan bu partiya Vətəndaş müharibəsindən əvvəlki dövrdə Birləşmiş Ştatlar tarixində kiçik partiya olsa da, siyasi nüfuza malik idi, Qərb ərazilərində quldarlığın genişlənməsinin əleyhinə idi. Respublikaçı Deyvis Uilmot 1846- ildə məşhur Uilmot Provizo qanun layihəsini Konqressə təqdim etmişdi. Uilmot konsepsiyası Azad Torpaq partiyası üçün birbaşa ideoloji cəhətdən öndə gedən sənəd olmuşdu. Azad Torpaq partiyasının şüarıAzad torpaq, azad nitq, azad əmək azad adamidi. Bu şüar kiçik fermerləri, borcluları, kənd tacirlərini, ev sahiblərini fabrik işçilərini özünə cəlb edirditərcüməçi) başa düşmədilər. Az sayda siyasətçi belə istedadlı seçicilər tərəfindən söyülmək ləyaqətinə malik oldular. Möhtərəm Teodor Parker (keşiştərcüməçi) bölünmənin təhlükəsinə laqeyd olmaqla, qaçmış qullara öz zirzəmisində sığınacaq verməsilə öyünürdü öz moizələrini mürəkkəbə batırılan qılıncla yazırdı onun stolunun üstündəpatronla doldurulmuş müdafiə üçün artıq hazır olan tapançadururdu. O, Uebsteri öz moizəçi kafedrasından rəhmsiz qaydada məhkum edirdi öz hücumlarını hətta Uebsterin vəfatından sonra da davam etdirirdi. O, qışqırdı ki, “heç bir canlı adam millətin vicdanı ilə dava salmaq üçün onun qədər belə çox şey etməmişdir... Mən, Amerikan tarixində Yeni İngiltərənin oğlunun etdiyinə bənzər başqa bir işi bilmirəm. Bunu yalnız Benedikt Arnoldun (İstiqlaliyyət müharibəsi vaxtı xəyanət edib, ingilislərə satılan ifşa edilən generaltərcüməçi) hərəkəti ilə müqayisə edə bilərəm. Horatsi Menn deyirdi ki, “Uebster düşən ulduzdur. Göydən enən Lutsiferdir” (Yerə düşən mələk, şeytantərcüməçi). Lonqfello (Henri Uodsuart Lonqfello (1807-1882-ci illər) – görkəmli amerikan şairi idi, müharibə, quldarlıq, milli düşmənçilik istismar əleyhinə çıxış edirditərcüməçi) dünyadan soruşurdu ki, “Bu mümkündürmü? Bu, illərlə əvvəl Heyndə dağları fırladan titandırmı?” Emerson bəyan edirdi ki, insanın damarlarında axan qanın hər bir damlası aşağı tərəfə baxan gözlərə malikdir... Uebsterin əxlaqi qabiliyyətinin yoxluğu ölkəni pozur”. Uilyam Kallen Brianta görə Uebsterəvvəllər müdafiə etdiyi səbəbdən qaçan adamidi çirkli motivin kəsilib atılması, onu şəraitə görə qaçmağa məcbur etmişdi. Ceyms Rassel Louellə görə o, “mənim vaxtsa haqqında eşitdiyim əclaf səfeh olan xəyanətkar bir adamidi.

Onun çıxıb getməsindən sonra Senatda yüksələn Çarlz Samner Uebsterin adınıdönüklüyün qara siyahısınadaxil etmişdi. ParlaqvicdanlıSenator Uilyam H.Syuard Uebsteriazadlıq səbəbinə görə satqınadlandırmışdı. Feyneyil Hollda keçirilən kütləvi mitinq, çıxışımüdrik dövlət xadiminə yaxşı adama yaramayankimi məhkum etmişdi belə yekun vurmuşdu ki, “Konstitusiya ilə ya konstitusiyasız, qanuni ya qanunsuz olsa belə Massaçusets ştatından qaçmış qulun tutulub geri qaytarılmasına biz icazə vermərik”. Massaçusets Qanunvericiliyinin Yeddi Mart çıxışının ruhuna bütünlüklə zidd olan qətnamələri sonralar qüvvəyə mindi, onun üzvlərindən biri UebsteriMassaçusetsin satqın oğlu, Senatda onu təhrif edənadlandırmışdı; digəri isə bəyan etmişdi ki, “Deniel Uebster o vaxt xoşbəxt adam olardı ki, onu Allah öz rəhmi ilə qorusaydı, onun həyatını kifayət qədər uzatsaydı, bu ona kifayət edərdi ki, öz hərəkətlərinə görə tövbə etsin adının üstündəki ləkə silinsin”.

BostonunCourierqəzeti elan etmişdi ki, Konqressinmister Uebsterə oxşayan hansısa Şimallı Viq üzvünü tapmaq qeyri-mümkündür”; onun köhnə müdafiəçisiAtlasqəzeti bəyan edirdi ki, “onun hissləri bizim hisslər deyildir”, “biz cəsarət edib deyə bilmərik ki, bu Yeni İngiltərənin Viqlərinin hissidir”. Nyu-YorkunTribuneqəzeti hesab edirdi ki, bu, “hadisəyə bərabər olan onun müəllifinə layiq olan deyildi”; Nyu-YorkunEvening Postqəzeti belə terminlərdə danışırdı ki, “satqınlar geri çəkilsinlər,... bu adam əvvəllər müdafiə etdiklərini tərk etdi”; Abolitsionist PressbunuDeniel Uebsterin qıp-qırmızı biabırçılığı... təsvir oluna bilinməyən alçaq əxlaqsız çıxışadlandırırdı.

Edmund Kvinsi acı şəkildəşirin spaniyelə (it cinsitərcüməçi) çevrilməsi ilə quyruğunu bulamağı, ağalarının ona atacağı çirkli puddinq hesabına onların əlini yalamasıkimi ifadə edilə bilməyən bir mənanı verirdi. nəticədə Deniel Uebster bizim torpağın ədəbiyyatında həmişəlik alçaldıldı adətən nəcib olan Con Qrinliif Uittier özünün ölməz poeması olanİçabodda bunu kəsilmiş sözlərlə belə təsvir edir.

Beləcə düşmüş! Beləcə itirilmiş, işıq çəkildi
Bu işığı bir dəfə o, daşımışdı!
Onun çal saçlarını şərəf tərk etmişdi
Həmişəlik!
Sevdiyimiz şərəfləndirdiyimiz hər şeydən
Gücü xilas edən şıltaqlıq qaldı;
Düşmüş mələyin fikir iftixarı
Hələ zəncirlərdə möhkəmdir.
Onda təzim ... keçmiş günlərə
Bircə onun ölməz şərəfinə;
Geriyə get, dəyiş baxışını da,
gizlət biabırçılığı!

İllərlə sonra Uittier şeirdəki sətiri dəyişib öz qələmi ilə bu acı sözləri yazdı: “Mənim həyatımın ən kədərli anlarından birində”. Dövrün lovğa, nifrət edilən nəhəngi olan Deniel Uebster siyasi inciklikdən yuxarıda dayanaraq özünə inanırdı. Ancaq Uittierin hücumu onun üçün xüsusilə acı idi. Bəzən o, özünə hücum edənlərə çiyinlərini çəkməklə cavab vermək istəyirdi, bəyan edirdi ki, özünə yarlıq vurulmasını təhqir edilməsini əsasən abolitsionistlərdən intellektuallardan gözləyir, çünki onlar onu əvvəllər söymüşdü, necə ki, Corc Vaşinqtonu digərlərini ondan əvvəl söymüşdülər. Tezliklə cavab verməyi tələb edənlərə o, qoca keşişin başına gələn əhvalatı müqayisəli qaydada danışırdı. Həmin keşiş öz dostlarına demişdi ki, “mən həmişə belə qayda qoymuşam ki, qar kəsməyənə qədər cığırı heç vaxt təmizləməyim”.

Lakin o, Yeni İngiltərə Viqlərindən sadə birinin onun müdafiəsinə qalxanda uğursuzluğa uğramasından kədərlənmişdi qeyd edirdi ki, o, “elə bir ziddiyyətə cəlb olunmuşdur ki, ondan lider olmuş, bilavasitə dostlarım arasında ardıcılım olmuşdur... Mən burada dayanmaqdan yorulmuşam, Massaçusetsdən olan demək olar ki, tək adamam ki, ölkə üçün mahiyyətcə mütləq qaydada yaxşı olan praktiki tədbirlər barədə mübarizə aparıram... Beş ay ərzində kolleqalarımdan heç kəs mənim hisslərimlə azacıq üst-üstə düşən bir şey nümayiş etdirmədi... martın 7-dən sonra bir saat belə yox idi ki, onda həyəcanın ağırlığını dağıdan bir şey hiss edim. Mən heç bir səhər yeməyinə ya nahara laqeyd asan fikirlə oturmurdum”.

Lakin quldarlığa qarşı davam edən müxalifliyin obyektiv sakitləşdirici qaydada dostlarına izah etmək yolunu axtararkən, o, buna baxmayaraq təkid edirdi ki, “axıra qədər çıxışımın prinsipləri üzərində dayanıram... Əgər lazım olsa mən Yeni İngiltərədəki  hər bir kəndə ayaq döyəcəyəm... Adamların ağlında təlatüm yaranacağını mən görə bilmərəm, lakin borc barədəki öz məsləklərim müəyyən edilmişdir möhkəmdir; lakin öz məsləkim ardınca büdrəmədən getməkdə davam edəcəyəm... Çox sevincli zamanlarda yelpiyə çevrilmək ziddiyyətli alovla qidalanmaq, onlara tabe olmaqdan çox-çox asandır; təhlükədə mülayimlik məsləhətini verənlər, öz partiyası qarşısında borcunu uğursuzluğa düçar edənlər kimi qiymətləndirilir”.

sonrakı ili, onun yetmiş yaşının əksinə Uebster öz mövqelərini müdafiə etmək üçün geniş çıxış turuna yollandı: “Əgər Vətəndaş Müharibəsi nəticə kimi min şansdan biri olacaqdırsa, mən hələ hiss edəcəyəm ki, istənilən ağıllı məmnunluğun əksinə mininci şans qorunacaqdır”. Onun, həmçinin Kleyin, Duqlasın digərlərinin kompromissin xeyrinə cəhdləri bütünlüklə uğurlu idi. O, sarkastik qaydada qeyd edirdi ki, onun kolleqalarından çoxu bu vaxt deyəcəkdir: “Onlar daim belə hesab edirdilər ki, axıra qədər Birliyin tərəfində dayandılar”.

Lakin Deniel Uebster öz ümidlərinin puç olmasına məhkum idi, açıq dəstək belə onu Prezidentliyi yenidən axtarmağa da bütünlüklə qadir edə bilməzdi. Onun çıxışına görə perspektivlər elə dağılmışdı ki, mövqeyinin qayıtması Yeni İngiltərədəki Şimaldakı böyük seçici kütlələrini qənaətləndirə bilməzdi. O, uzun müddət arzuladığı Prezidentliyə namizəd göstərilməsini əldə edə bilməzdi, həm onun müdafiə etdikləri digər cəhətləri mümkün edə bilməzdi, bunu təkcə müasiri olan tənqidçiləri ifadə etmirdilər. On doqquzuncu əsrin bir çox tarixçiləri dəfələrlə demişdilər ki, Yeddi Mart çıxışında real məqsəd Prezidentlik üçün Cənubun dəstəyini almaqdan ötəri təklif edilən qiymət idi.

Çıxışın budərin eqoizmi təmsil etdiyinə Emerson əmin idi, lakin bu səbəb Deniel Uebsterin motivasiyalarına heç cür daxil ola bilməzdi. Professor Nevins qeyd edirdi ki, “o, Prezidentlik üçün hansı qiyməti təklif etmişdisə, öz kəlmələrini qaydaya salmalı idi Nyu-Meksiko qaçmış qullar barədə isə adamı qəfildən yaxalayan sözləri əlavə etməli idi. Prezidentliyi əldə etməyə çalışan hər bir adamın birinci ehtiyatlılığı öz vəziyyətinə bölməsinə əmin olmaqdır; Uebster bilirdi ki, onun çıxışı Mansfild dağından Monamoy İşığına qədər sıçrayan ictimai ittiham əks-sədası yaradacaqdır. Buna baxmayaraq, Uebster siyasi cəhətdən kifayət qədər düşünən adam idi, bilsin ki, onunku kimi, partiyanın bölünməsi siyasi cəhətdən əks olan şəxsiyyətlər tərəfindən başqa tərəfə döndəriləcəkdir risqsiz neytral fərdlərə, bu günün razılaşan qaydada tətbiq etdiyi prinsiplərə doğru hərəkət edəcəkdir. 1852-ci ildə Viq qurultayı məhz bu xətlə getdi. Kompromisspərəst gizli səsvermə əlli iki səs üçün Uebsterlə prezident Filmor arasında bölündü, qurultay populyar general olan Uinfild Skotta tərəf döndü. Heç bir Şimal Viqi Uebsteri dəstəkləmədi. Boston Viqləri partiya platforması üstündə mübahisə edəndə Kley Kompromissi etimad qazandı, bu barədə onlar demişdilər: “Deniel Uebster Henri Kley digər dərin düşüncəli dövlət xadimləri ilə razılaşmaqla, müəllif idi”, Ohayodan olan Senator Koruinə demişdilər, o, isə bunu istehza qaydasında şərh etdi: “ mən Moiseylə razılaşmaqla əlavə köməkdən istifadə etməklə On Ehkamı yazmışam”.

Beləliklə, Deniel Uebster öz çıxışı ilə öz siyasi populyarlığını yaxşılaşdırmaq məqsədi güdmədi, Birliyə haqq qazandırmaq üçün öz ambitsiyalarını oyatmağa can atmadığı halda, 1852-ci ildə ümidləri puça çıxmış ruhdan düşmüş şəkildə öldü, onun gözləri yataq otağının pəncərəsindən görünən bir yerdə lövbər salmış yelkənli qayığın dor ağacında yellənən bayrağa dikilmişdi. Lap ömrünün axırınadək o, xarakter etibarilə düz idi, ölüm yatağında xahiş etmişdi ki, “arvadım, uşaqlarım, həkim, mən özüm bir səbəbə görə əminəm ki, mən Deniel Uebsterə layiq olmayan heç nəyi deməmişəm”. sona qədər o, Birliyə münasibətdə düz olmuşdu onun ən böyük hərəkəti mərd prinsipindən irəli gəlmişdi; bunun üçün Senata axırıncı sözlərində Uebster öz epitafiyasını yazmışdı:

Mən Birlik üstündə dayandım... onun gətirəcəyi şəxsi nəticələrə qətiyyən məhəl qoymadım. Şəxsi nəticələr buna bənzər böhranda böyük ölkənin üzərinə düşəcək xeyir şərlə müqayisədə nədir ki?... Qoy onların istədikləri nəticələr olsun, mən buna əhəmiyyət vermirəm. Heç kəs, əgər o, azadlıqları öz ölkəsinin Konstitusiyasını müdafiə edəndə yıxılmışdırsa, bu qədər çox əzab çəkə heç kəs bu qədər tez yıxıla bilməz”.

(Ardı var)

 





17.02.2014    çap et  çap et