525.Az

Abbasqulu ağa Bakıxanovun əlyazma irsi


 

A.BAKIXANOV – 220

Abbasqulu ağa Bakıxanovun əlyazma irsi<b style="color:red"></b>

filologiya elmləri doktoru 

Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri, böyük mütəfəkkir, alim, şair Abbasqulu ağa Bakıxanov özündən sonrakı ədəbiyyat, fikir tariximizə əhəmiyyətli təsir göstərmiş, akademik Feyzulla Qasımzadənin sözləri ilə desək, “müasir mədəniyyətimizin banilərindən biriolmuşdur. O, bir sıra elm sahələrinətarix, fəlsəfə, astronomiya, coğrafiya, qrammatika, etika, ilahiyyata dair qiymətli əsərlər, Azərbaycan fars dillərində şeirlər yazmış, maarifçiliyin inkişaf etdirilməsi, Azərbaycanda Şərq Avropa mədəniyyətlərinin birləşməsi, keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyulması sahəsində Mirzə Fətəli Axundzadənin sələfi olmuşdur. Abbasqulu ağanın zəngin yaradıcılığını tədqiq edərkən, təbii ki, ilkin mənbə kimi onun əsərlərinin əlyazmalarına müraciət edirik. Bu gün ədibin əsərlərinin bizə məlum əlyazmalarının əsas hissəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanmaqdadır. Ədibin həyat fəaliyyətinə dair bir sıra sənədlər Sankt-Peterburq, Tiflis Kazan arxivlərindədir. Yazıçının əlyazma irsi barədə qeydlərimiz onun əsərlərinin əlyazmaları, şəxsi kolleksiyasına daxil olan əlyazma kitabları şəxsi arxivi haqqında məlumatdan ibarətdir.

A.Bakıxanovun bizə məlum olan ilk iri həcmli bədii əsəri 1820-ci ildə, 26 yaşında Qubada yaşayarkən Azərbaycan dilində yazdığıRiyazül-qüdsdür. Bədii sənətkarlıq xüsusiyyətləri ilə seçilən, əsasən nəsrlə, eyni zamanda nəzmlə, məqtəl janrında yazılmış bu əsər Kərbəla vaqiəsindən bəhs edir. Əsərin əsas qaynağı XVII-XVIII əsrlərdə yaşamış din xadimi Məhəmməd Bağır MəclisininCəlaül-üyunu olsa da, burada Məhəmməd FüzulininHədiqətüs-süədasının da təsirini görmək mümkündür. “Riyazül-qüdsün elm aləminə məlum olan yeganə əlyazması M.Füzuli adına Əlyazmalar İnstitutunda D-140 şifri altında saxlanır, h.1258-ci (m.1842) ildə, əsər yazılandan 22 il sonra ədibin sağlığında köçürülmüşdür. Əsərin katibi Haqverdi bin Məşhədi Ocaqverdi Qarabağidir. Avropa istehsalı olan kağıza köçürülmüş, 91 vərəq həcmində olan mətn gözəl  nəstəliq xətti ilə yazılmışdır.

Klassik ədəbiyyatı mükəmməl bilən Abbasqulu ağa ilk gənclik illərindən ömrü boyü Azərbaycan fars dillərində şeirlər yazmışdır. Bir müddət onun şeirlər külliyyatının əlyazması itmiş sayılırdı. Belə hesab edilirdi ki, əsərin yeganə əlyazma nüsxəsini F.Bodenştedt özü ilə Almaniyaya aparmışdır. Akademik F.Qasımzadə yazırdı: “F.Bodenştedt 1844- ildə Tiflisdən Almaniyaya qayıdarkən Mirzə Şəfinin A.Bakıxanovun şeirlərini özü ilə aparır, orada bunları alman dilinə çevirərək, nümunə üçün bir neçəsiniŞərqdə min bir günəsərində nəşr etdirir”. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin özününAzərbaycan ədəbiyyatıəsərində adını çəkdiyi Bakıxanovun farscaMiratül-cəmaladlı şeirlər toplusu barədə bir müddət əldə məlumat olmamışdır. Şairin şeirlər külliyyatını AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda aşkar edən, sonra da buradakı farsdilli şeirləri dilimizə çevirən görkəmli əlyazmaşünas alim Məmmədağa Sultanova görə, tapılan şeirlər toplusu eləMiratül-camaldır. O, yazır: “Əsərin adından da məlum olur ki, bu şeirlər məhzSurətin güzgüsüolmalıdır. Bakıxanovun əlyazma külliyyatında isə bir-birinin ardınca yazılmış belə avtobioqrafik surətlər vardır. Buna görə biz həmin əsərləri birlikdəMiratül-cəmaladlandırır, şairin öz surətinin güzgüsü hesab edirik”. A.Bakıxanovun  Əlyazmalar İnstitutunda tapılmış şeirlər külliyatına fars dilində yazılmış əsərlər: “Mişkatül-ənvaradlı didaktik məsnəvisi, “Miratül-cəmaladı altında birləşmiş müxtəlif mənzumələr şeirlər daxildir. ƏgərMişkatül-ənvar” (“Nurlar mənbəyi”) Nizami GəncəvininMəxzənül-əsrar” (“Sirlər xəzinəsi”) məsnəvisinə yazılmış nəzirədirsə, “Miratül-cəmalaƏrzi-əhval”, “Xəyalın uçuşu”, “Firəng məclisikimi kiçik poemalar, mənzum hekayələr, müxtəlif janrlarda yazılmış lirik şeirlər daxil edilmişdir. “Mişkatül-ənvarməsnəvisinin 1829-cu ildə yazılması barədə məlumatımız vardır. Qüdsinin demək olar ki, bütün farsdilli poetik əsərlərinin toplandığı bu avtoqraf külliyyat Əlyazmalar İnstitutunda M-120 şifri altında qorunur. Nəstəliq xətti ilə köçürülmüş, 91 vərəqdən ibarət əlyazmanın sərlövhələri qırmızı, əsas mətni isə qara mürəkkəblə yazılmışdır. Hər səhifə iki sütun 16 beytdən ibarətdir. Kitabın üzərindəki qeydlərdən görünür ki, o əldən-ələ keçmişdir. Əlyazmanın son vərəğində hicri 1262-ci (m.1845) il tarixi göstərilmişdir. Kitabı Quba şəhərindən əldə edərək Əlyazmalar İnstitutuna təqdim etmiş Əşrəf Qarabaği 1948-1950-ci illərdə Azərbaycanın müxtəlif yerlərindən əlyazmaların toplanması ilə məşğul olmuşdur.

A.Bakıxanovun poetik irsindən danışarkən onun ana dilində yazdığı  müxtəlif mənbələrdən götürülmüşGöstərir”, “Gəlsin, gəlmədi”, “Olur”, “Əbəs”, “Olubdurrədifli, “Gün üzdə ay tüluimi, ya gün kəmanıdırmisrası ilə başlanan qəzəllərini, “Arasındarədifli mənzum məktubunu, “Bismillah”, “Özgələr”, “Dönübdürrədifli müxəmməslərini, “Təbriz əhlinə xitabşeirini, İ.Krılovdan etdiyiEşşək bülbültəmsilinin tərcüməsini xüsusilə qeyd etmək istərdik. Şairin müasirlərinin, ondan sonra gələn sənətkarların yaradıcılığına müəyyən təsir etmiş bu əsərlər vaxtı ilə bəzi təldiqatçılar tərəfindən toplanaraq  mətbu orqanlarda çap edilmişdi. F.KöçərliAzərbaycan ədəbiyyatıkitabına onunBismillah”, “Gəlsin, gəlmədi”, “Olur”, “Arasındarədifli şeirlərini, “Təbriz əhlinə xitabını, İ.KrılovunEşşək bülbültəmsilinin tərcüməsini salmışdır. Şairin azərbaycanca şeirlərindən biriZakavkazski vestnikqəzetinin 1847-ci il 3- nömrəsindəTatarskaya pesnyaadı ilə çap edilib. Əsəri polyak şairi Lada Zablotski polyak dilinə, Y.P.Polonski isə polyak dilindən ruscaya çevirmişdir. ƏdibinBismillahrədifli müxəmməsi 1861-ci ildə Mirzə Əbülhəsən Vəzirov Zuinin dərsliyində, ikinci dəfə isəFüyuzatməcmuəsində çap edilmişdir.

Abbasqulu ağa yaradıcılığının erkən dövrünün məhsuluiki gəncin məhəbbətindən bəhs edənKitabi-Əsgəriyyəadlı Azərbaycan dilində yazılmış nəsr əsəri 1861-ci ildə Mirzə Əbülhəsən Vəzirov tərəfindən Peterburqda nəşr edilib. Əsərin əlyazması Rusiya Elmlər Akademiyası Sankt-Peterburq filialı kitabxanasında saxlanılır. Mikrofilmi AMEA Əlyazmalar İnstitutunda vardır.

XIX əsrin 20-ci illərinin sonlarından Abbasqulu ağa filoloji, elmi fəaliyyətlə məşğul olmuşdur. O, Rusiya-Türkiyə müharibəsi zamanı 1829-cu ildə rus əsgərlərinin Axalsix, Ərzurum Bəyaziddə müsadirə etdiyi əlyazmaların siyahısını tərtib edir (əsli M.E.Saltıkov-Şedrin adına kitabxanadadır). “Dərbəndnaməəlyazmasını türk fars dillərindən rus dilinə tərcümə edir. 1838-ci ildə Tiflis müctəhidinin xahişi ilə abunəçisi olduğuEnsiklopediçeskiy leksikonməcmuəsində çıxmış vəhhabilərə dair məqaləni fars dilinə çevirir. Həmin tərcümə B-2482 şifri altında Əlyazmalar İnstitutunda saxlanmaqdadır.

Məlumdur ki, Abbasqulu ağanın 1829-cu ildə yazdığı Rusiyada ilk fars dili qrammatikası olanQanuni-Qüdsihökumət mükafatına layiq görülmüşdür. Əsərin fars dilində orijinalıQanuni-Qüdsi” 1831-ci ildə, “Kratkaya qrammatika persidskoqo yazıkaadlı rus dilinə tərcüməsi isə 1841-ci ildə dərc edilib. “Qanuni-Qüdsinin nüsxələriM-47, B-562 şifrli əlyazmalar, IX-427 nömrəli çap kitabı  Əlyazmlar İnstitutundadır. B-562 şifrli əlyazma 90 səhifədən ibarətdir, h.1257-ci (m.1841) ildə köçürülüb. M-47 şifrli nəfis nüsxə Məhəmməd Qarabaği adlı katib tərəfindən h.1243-ci (1828) ildə Ərzurumda orijinaldan köçürülüb. IX-427-ci nömrə altında saxlanan çap kitabı isə h.1257-ci (m.1841) ildə Tiflisdə nəşr edilib.

Görkəmli ədibin 1830-cu ildə fars dilində yazdığı 2 fəsildən ibarətKəşfül-qəraibəsəri Amerikanın Xristofor Kolumb (1446-1506) tərəfindən kəşf olunmasından Yer kürəsinin qərb hissəsini təşkil edən bu qitənin təsvirindən bəhs edir. Əlyazması Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq filialı kitabxanasında V-8031 (609d) şifri altında saxlanır.

Ədibin 1832-ci ildə fars dilində yazdığıTəhzibül-əxlaq” (“Əxlaqın düzəldilməsi”) əsəri uşaqların gənclərin tərbiyəsinə həsr edilmişdir, pedaqogika psixologiyaya aid elmi nəzəri məsələləri əhatə edir. Əsərin iki əlyazma nüsxəsi A-153 (v.56b-97b) S-195-ci şifrlər altında Əlyazmalar İnstitutunda saxlanılır. Onun pedaqogikaya həsr etdiyi ikinci əsəriKitabi-nəsihət yaNəsihətnaməkiçik müqəddimə 103 ibrətamiz nəsihətdən ibarətdir. Əsərin əlyazma nüsxələri M-124, A-777, A-58, D-395, B-2462, D-367, M-129, S-283 şifrləri altında Əlyazmalar İnstitutunda saxlanılır. Bu nüsxələrdən M-124 şifrli ən nəfisini h.1325-ci (m.1907) ildə Seyid Rza ibn Mir Hüseyn Qubalı adlı katib əsas nüsxədən köçürüb. A-777 şifrli əlyazmada eyni zamanda müəllifin rübailəri köçürülmüşdür.

1835-ci ildə Abbasqulu ağa formal məntiqə həsr etdiyiEynəl-mizan” (“Tərəzinin gözü”) əsərini ərəb dilində yazmış, onun əsas nüsxəsi 1840- ildə Kazan Universitetinə, A.K.Mirzə Kazım bəyə bağışlamışdır. 1971-ci ildə Ə.Əhmədov Z.Məmmədov həmin nüsxəni aşkar edərək Azərbaycan dilinə çevirmişlər.

A.Bakıxanov XIX əsrin 30-cu illərinin sonlarında, böyük polyak astronomu N.Kopernikin ölümünün 300 illiyinə hazırlıq gedən bir vaxtda kosmoqrafiya məsələləri ilə məşğul olmağa başlamışdı. 1839-cu ildə o, fars dilində astronomiyaya dairƏsrarül-mələkut” (“Kainatın sirləri”) risaləsini yazmış, sonra əsərini ərəb dilinə tərcümə etmişdir. Müəllifin qeydinə görə bu, natamam qalmışÜmumi coğrafiyaəsərininriyazi hissəsi kimi nəzərdə tutulmuşdu. “Əsrarül-mələkutun B-3860 (v.57a-65b) B-4498 (v.43b-48a) şifrli iki əlyazma nüsxəsi Əlyazmalar İnstitutunda saxlanır. Ədib Türkiyə yolu ilə Həcc səfərinə gedərkən 1846- ildə İstanbuldaƏsrarül-mələkutun bir nüsxəsini Osmanlı imperatoru Sultan Əbdülməcidə təqdim etmişdir. Əsər sultanın tapşırığı ilə türk alimi Həyatizadə Seyid Şərif tərəfindən türk dilinə tərcümə şərh edilərəkƏfkarül-cəbərut fi əsrarül-mələkutadı ilə 1848-ci ildə İstanbulda nəşr edilib. Bakıxanov Həcc səfəri zamanı vəfat etdiyinə görə, kitabı görməmişdir. Həmin kitabın bir nüsxəsi XII-19-cu nömrə altında Əlyazmalar İnstitutunda saxlanır.

Abbasqulu ağa Bakıxanov əsli Tiflis, Sankt-Peterburq arxivlərində, kitabxanalarında saxlanan Qafqazın siyasi iqtisadi tarixinə dair araşdırmaların, qeydlərin müəllifidir. Onun 1843- ildə fars dilində yazdığı Azərbaycanın Dağıstanın tarixinə dairGülüstani-İrəməsəri çoxillik tədqiqatların nəticəsidir. Akademik Ziya BünyadovunAzərbaycan tarixşünaslığında orta əsrlərin son xronisti yeni dövrün ilk tarixşünası, tarixçisiadlandırdığı Abbasqulu ağa bu kitabında Şərq tarixşünaslığı ənənələri ilə Avropa elminin nailiyyətlərini birləşdirmişdir. A.Bakıxanov faktiki olaraq xalqımıza Vətən tarixini bəxş edən ilk alim olmuşdur.

Əlyazmalar İnstitutunda əsərin 8 əlyazma, bir neçə çap nüsxəsi vardır. “Gülüstani-İrəməsəri 1902-ci ildə Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər tərəfindən Azərbaycan dilinə tərcümə edilərək çapa hazırlanmışdır. 138 vərəqdən ibarət əlyazması Əlyazmalar İnstitutunda M-193- şifr altında saxlanır. Sonda mündəricat vardır. Əlyazma Bəkir Çobanzadənin kitabxanasında olmuşdur.

Yüksək elmi dəyəri nəzərə alınaraqGülüstani-İrəmin elmi-tənqidi mətni tərtib edilərək 1970-ci ildəElmnəşriyyatında nəşr edilmişdir. Akademik Ə.Ə.Əlizadə, F.Babayev, Ə.Ələsgərzadə, M.Sultanov M.Azərli bu mətni AMEA Əlyazmalar İnstitutunda saxlanan 5 əlyazma əsasında tərtib etmişlər.

A.Bakıxanovun epistolyar irsindən ibarət M-308 şifri altında Əlyazmalar İnstitutunda mühafizə edilənİnşaadlı avtoqraf əlyazma böyük maraq doğurur. Bunlar əsasən onun həyat yoldaşı Səkinə xanıma müxtəlif şəxslərə yazdığı məktublardır. Bu məktubların çoxucani-şirinü əzizi-mehribansözləri ilə başlanır. Əlyazmada bəzi ərizə, şeir, rübai fərdlər vardır. MəktublarAbbasqulu”, “Qəribi-məhcur Abbasqulu”, “Abbasqulu Bakıxanovkimi imzalanıb. Üzərindəki qeydlərdən görünür ki, əlyazma bir neçə şəxsin ixtiyarında olmuşdur.

A.Bakıxanovun Əlyazmalar İnstitutunda saxlanan əlyazma kitabları kolleksiyası, şəxsi arxivi böyük maraq doğurur. Bütün bunlar ən müxtəlif istiqamətlərdə tədqiqatlar üçün geniş material verir.

Redaksiyadan: Bu günlərdə filologiya elmləri doktoru Paşa Əlioğlunun 55 yaşı tamam olur. Yubiley münasibəti ilə Paşa müəllimi təbrik edir, sağlam ömür, bol-bol yaradıcılıq uğurları arzulayırıq.

 





17.02.2014    çap et  çap et