525.Az

Suriyadan Türkiyəyə "dollar yüklü qatırlar" gedir


 

Suriyadan Türkiyəyə "dollar yüklü qatırlar" gedir<b style="color:red"></b>

Suriyadan Türkiyəyə qatırla dollar göndərilir.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son iki ayda Suriyadan Türkiyəyə iri həcmli çantalarda 300 milyon dollar göndərilib. Suriya banklarından ölkə xaricindəki banklara pul yatırılması qadağan edildiyindən iş adamları pullarını qatırlara yükləyərək Türkiyə sərhəddindən keçiriblər. Hazırda həmin pullar bu ölkənin banklarında saxlanılır.

Cari ayda açıqlanan məlumatlara görə, Hataydakı banklarda il yarım ərzində saxlanan pulların üzərinə 34 faiz gəlir əlavə olunub. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bu mövzu ilə əlaqədar verdiyi açıqlamasında suriyalı iş adamı Qazi Misirlinin və Suriyanın Bank İşinin Tənzimlənməsi və Nəzarəti Təşkilatının fikirlərinə söykənərək Hataydakı banklara yatırılan pulların üzərinə gəlirlərin əlavə olunmasını ölkədə baş verən qarşıdurmalarla əlaqədar olduğunu söyləyib. Xatırladaq ki, 15 mart 2011-ci il tarixində Suriyada başlayan vətəndaş müharibəsi nəticəsində 30 min biznesmen və iş adamı ölkəsini tərk edərək Türkiyəyə üz tutub, 400 fabrik fəaliyyətini dayandırıb.

Nigar Məhərrəm

 





17.10.2012    çap et  çap et