525.Az

Sufizm mövzusunda variasiyalar


 

Sufizm mövzusunda variasiyalar<b style="color:red"></b>

Filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli, öz yaradıcılığını tamamilə sufizmə, onun Şərq şeirinin, türk şeirinin ən görkəmli nümayəndəsi olan Füzuli yaradıcılığında meydana çıxan xüsusiyyətlərinin öyrənilməsinə həsr etmiş dəyərli alimimizdir. Onun bugünlərdə Azərbaycan ingilis dillərində çapdan çıxmışSufizm (bədii-fəlsəfi cərəyan kimi)” kitabı da bu yöndə növbəti uğurlu addımdır. Gülşən Əliyeva-Kəngərlinin  klassik ədəbiyyata, onun poetikasına, Füzuli yaradıcılığına, bu yaradıcılığın müxtəlif xüsusiyyətlərinə həsr etdiyi sanballı monoqrafiyaların məzmunu axarı göstərirdi ki, Gülşən xanım əvvəl-axır bir mütəxəssis kimi sufizm haqqında da öz fikirlərini, öz mülahizələrini söyləyəcək.

Əslində başqa şəkildə mümkün deyildi. Sufizmin mahiyyətini bilmədən, sufizmin olduğunu anlamadan bu fəlsəfi-bədii-dini-elmi cərəyanı necə dərk etdiyini cəmiyyətə təqdim etmədən, ümumiyyətlə, hər hansı tədqiqatçının klassik ədəbiyyat barədə apardığı araşdırma havadan asılı vəziyyətdə qala bilər. Bu mənada, ancaq bu məsələni araşdırıb, bu haqda düşündüyünü cəmiyyətə təqdim etdikdən sonra, hər hansısa orta əsrlər şairinin yaradıcılığının mahiyyəti, məzmunu barədə söz söyləmək olar. Bu baxımdan, Gülşən Əliyeva bir çoxlarından fərqli olaraq, bir tədqiqatçı kimi doğru istiqamət götürmüş, yeni çıxan kitabıyla elmi mühitə, cəmiyyətə sufizm haqqında öz mülahizələrini təqdim etməklə,  eyni zamanda, bir tədqiqatçı kimi orta əsrlər ədəbiyyatıyla, Füzuli yaradıcılığıyla təsadüfi, fraqmental şəkildə məşğul olmadığını, ona bir sistem halında, özünəməxsus konsepsiya nəzəri müddəalarla  yanaşdığını sübut etməyi bacarmışdır. Həmçinin, tədqiqatçı sufizm haqqında yazan ilk yaxud da son tədqiqatçı olmadığını da çox gözəl anlayır: “ Min ildir ki, sufizm barəsində yazılır. Biz bu yazılanlara yeni heç əlavə etmək niyyətində deyilik. Fəqət az-çox orta çağlar klassik bədii-fəlsəfi düşüncəsinə bələdliyimiz, xüsusən orta çağların fəlsəfi poeziya zirvəsi, dahi Məhəmməd Füzuliyə məhəbbətimiz sufizm haqqında bu kitabı yazmağımıza səbəb oldu. Etiraf edək ki, dahi qəlb şairi M.Füzulinin yaradıcılığı... bizi Fizuli sufizm, az sonra isə sufizm mövzusuna yönəltdi.” Qeyd edək ki, yalnız yalnız Füzuli eşqinə, Füzuli sevgisinə görəSufizmdən yazmaq kimi əbədi bəlaya düçar olantədqiqatçısufizmə yalnız bədii ədəbiyyatın, bədii düşüncənin prizmasından cüzi bir nəzər saldığınıda etiraf edir elə o anda da həm oxucuların, həm öz qarşısında belə bir sual qoyur: “ sufizm bədii sistemdir, ədəbi cərəyandır, ədəbi istiqamətdir, yoxsa bədii üslub?!”

Bəri başdan qeyd edək ki, uzun illər sovet filoloji-elmi-ədəbi fikrinin təqdim etdiyi romantizm ədəbi metodu klassik Şərq ədəbiyyatının mahiyyətini açmaqda aciz qaldı. yaxud da başqa sözlə desək, onu bir yaradıcılıq hadisəsi kimi axıra qədər aça bilmədi. İstər bizdə bu sahədə yazılan tədqiqatlar, istərsə Orta Asiyada, hətta, Nəvai kimi şairin yaradıcılıq metodunu araşdırmağa çalışan araşdırıcılar, klassik ədəbiyyatın, o cümlədən, Nəvai yaradıcılığının  mahiyyətini, məğzini romantizm ədəbi metodunun verdiyi imkanlar çərçivəsində axıra qədər izah edə bilmədilər. Lakin dini-fəlsəfi-elmi sistem olan sufizm   onun tərkibində bir üsluba çevrilən bədii-fəlsəfi düşüncə tərzinin nəzəri-estetik müddəaları bu ədəbiyyatın mahiyyətini, məğzini tamamilə açır. Bu mənada, Gülşən Əliyeva-Kəngərlinin sufizmi dini-elmi-fəlsəfi sistem kimi qiymətləndirməsi,  onun tərkib hissələrindən birinə bədii-fəlsəfi cərəyan kimi yanaşması klassik ədəbiyyatı, o cümlədən, Füzuli yaradıcılığını bu nəzəri-estetik müddəalar üzərində təhlil müstəvisinə çəkməsi özünü tamamilə doğruldur. Bu məqsədlə sufizmin mənşəyinə, tarixinə qısa bir ekskurs edən tədqiqatçı sufizmin hansı əsaslarla islama bağlandığını, onun mənşəyini, hansı ictimai-siyasi səbəblər üzündən yarandığını, zahidlikdən sufiliyə keçidin mərhələlərini, bu prosesin ziddiyyətlərini, ilk zahidlərin, sufilərin kim olduğunu nəhayət, islam, sufi mədəniyyətində şəriətdən təriqətə keçidin tarixi-sosioloji məqamlarını olduqca doğru izah edərək, oxucuya məqsədinə uyğun olaraq qısa,  lakin  ətraflı məlumat verir. Qeyd edək ki, bu məqamlar çoxsaylı mənbələrə elmi ədəbiyyata söykəndiyi üçün müəllifin dediklərində heç bir şübhə yeri qoymur oxucunu inandırır. Daha sonra müəllif sufizmin tarixi inkişafını izləyərək, Şərq fəlsəfi-elmi-nəzəri fikrində olduqca önəmli yer tutan Əbu Hamid əl-Qəzalinin Məhəmməd ibn əl-Ərəbinin həyat yaradıcılığlarına nəzər salır. Şərq fəlsəfi-elmi-nəzəri fikrində bu dahilərin yerini mövqeyini təqdim edir. Müəllif bu məqamda, yəni bu dahi şəxsiyyətlərin həyat yaradıcılıqlarına nəzər salarkən, bir qədər əvvəlki səhifələrdə dediyi tezisi əsaslandırmağa çalışır: “...Sufizm 1200 ilə qədər yaxındır ki, tarixdə, xüsusilə islam dünyasında öz nüfuzunu əzm inadla qoruyub saxlayır. Nədədir sufizmin gücü?” Mənə elə gəlir ki, Gülşən xanımı düşündürən bu sual bu gün klassik ədəbiyyatla dünyada gedən ictimai-siyasi proseslərlə az-çox maraqlanan hər kəsi düşündürür. Gülşən xanım bu suala əl-Qəzalinin İbn Ərəbinin həyat yaradıcılıqlarının mahiyyətini izah etməklə cavab verir.

Professor Gülşən Əliyeva- Kəngərlinin geniş elmi ictimaiyyətə təqdim etdiyi kitabın uğurlu cəhətlərindən biri əsərdə qoyulan suallar, qaldırılan problemlərdir. Əslində başqa şəkildə mümkün deyildir. Klassik fəlsəfənin ədəbiyyatın enişli-yoxuşlu yolları, ziddiyyətli sirli məqamları nəhayət, Şərq fəlsəfi fikrində görkəmli yer tutan Şeyx Mahmud Şəbüstərinin yaradıcılığı ilə tanışlıq Gülşən xanımı da bir tədqiqatçı kimi istər-istəməz belə fundamental suallar qaldırmağa məcbur edir. bu suallara verilən cavabların məğzindən asılı olmayaraq, bu sualları bir problem şəklində dərk etməyin özü artıq uğur əlamətidir. Bu dəqiq,  elmi ardıcıllıqla düzülən sualları oxuduqca, istər-istəməz adamın ağlından belə bir fikir keçir: görəsən Azərbaycan fəlsəfəsində ədəbiyyatşünaslığında belə suallar qoyulubmu onların həllinə az da olsa cəhd göstərilibmi?... Bir neçəsini xatırlatdığımız kimi, həqiqətən bu suallar sufiliyin dərkində olduqca maraqlı məqamlardır: “Sufizm bədii sistemdir, ədəbi cərəyandır, ədəbi istiqamətdir, yoxsa bədii üslub?”, “Sufizm 1200 ilə yaxındır ki, tarixdə, xüsusilə islam dünyasında öz nüfuzunu əzm inadla qoruyub saxlayır, nədədir sufizmin gücü?”. Bu suallardan sonra Gülşən xanım məntiqi olaraq, daha iki problemi qaldırır. “Birincisi, sufizmin intişarında (təkamülündə) bədii ədəbiyyatın rolu nədən ibarətdir; ikincisi, sufizm (təsəvvüf) ədəbiyyatın poetikasını hansı səviyyədə təkmilləşdirdi?” Qeyd edək ki, bu suallara cavab verərkən Gülşən xanım özünü əsl ədəbiyyat tarixçisi kimi təqdim edir həm təkcə Azərbaycan ədəbiyyatı tarixçisi kimi yox, bütövlükdə Şərq ədəbiyyatına bələd bir mütəxəssis kimi. Belə ki, ilk növbədə, sufizmin intişarında bədii ədəbiyyatın rolunu olduqca yüksək qiymətləndirən müəllif, eyni zamanda, poeziyanın da mistik əsaslara söykəndiyinə görə təqribən sufiliklə eyni mənşəyə malik olduğunu söyləyərək, sufi poeziyanın da Allahı dərk etmək vasitələrindən biri olduğunu bildirir. üzərinə qızıl suyu kimi sufi, irfan  təbəqəsi çəkilmiş poeziyanın daha gözəl, daha möhtəşəm olduğunu söyləyir.      

Orta əsrlər Şərq ədəbi-bədii fikri dünya ədəbiyyatında həqiqətən unikal hadisədir. Şərq şairlərinin poeziyasını öyrəndikcə onların hər birinin təkcə poeziyanın sirlərinə deyil, eyni zamanda, fəlsəfənin dərin qatlarına bir peşəkar filosof kimi bələd olduqları aydınlaşır. Bu mənada, əgər Şərq poetikasının qayda-qanunlarını bilmədən, onların yaradıcılığını bədii söz sənəti baxımından yozmaq qədər qüsurlu görünərsə, eyni zamanda, Şərq fəlsəfi-elmi-nəzəri fikrinə bələd olmadan da yaradıcılıqlarının mahiyyətini açmaq bir o qədər yanlışlığa aparıb çıxarar. Buna görə Gülşən Əliyeva-Kəngərli bu baxımdan da orta əsrlər Şərq şairlərinin yaradıcılığına olduqca düzgün mövqedən yanaşmış, təqribən, XII-XVI əsrlər Şərq şeirində hər bir şairin yerini, mövqeyini ədəbiyyatşünaslıq elmində çoxdan gözlənildiyi kimi olduqca dəqiq şəkildə müəyyən etmişdir. Doğrudur, ədəbiyyat tariximizdə hər bir şairimizin yeri ədəbiyyatşünaslarımız tərəfindən çoxdan müəyyən edilmişdir. Lakin bu müəyyənləşmədə əsasən, bədii, poetik söz ağırlığı öz üzərinə götürərək, ilk cərgədə durmuş, bu şairlərin yaradıcılıqlarının mahiyyəti, məğzi isə demək olar ki, bir qədər arxa plana keçmişdir. Gülşən Əliyeva-Kəngərli isə ədəbiyyat tariximizə olan bu ənənəvi baxışları bir kənara qoyaraq, şairlərimizin ədəbiyyat tariximizdəki mövqelərini onların yaradıcılıqlarının mahiyyətləri əsasında müəyyən etməyə çalışmışdır.  Maraqlıdır ki, özü bu yanaşma  ilə nəzər salarkən, müəllif təkcə Azərbaycan ədəbiyyatı tarixi ilə məhdudlaşmamış, çox doğru olaraq, XII-XVI əsrlər Şərq ədəbiyyatına küll halında nəzər salaraq, bu Şərq şairləri arasında təkcə poetika, bədii söz sənəti baxımından deyil, ideya-estetik, bədii mündəricə baxımından da çox böyük varislik əlaqələrinin  olduğunu müəyyən etmişdir. XII-XVI əsrlər sufi ədəbiyyatının inkişafından danışarkən, tədqiqatçının ilk növbədə, Sənai Qəznəvi, Fəridəddin Əttar, Əbdürrəhman Caminin adlarını çəkməsi, daha sonra isə Əhməd Yəsəvi, Cəlaləddin Rumi, Yunus Əmrə, Mahmud Şəbüstəri, Marağalı Əvhədi başqalarının adlarını çəkərək, onların yaradıcılıqları üzərində daha geniş şəkildə dayanması, bu yaradıcılıqları sufizm nöqteyi-nəzərindən qiymətləndirməsi   olduqca təqdirəlayiqdir. Mən Gülşən xanımın bu mütəfəkkirlərin həyat yaradıcılıqları haqqında dediyi fikirləri uzunçuluq etməmək xatirinə tədqiqat müstəvisinə çıxarmaq fikrindən uzağam. Lakin onun bu yaradıcı şəxslər sufizm   haqqında dediyi bəzi fikirləri tezis şəklində bir daha xatırlatmaq istəyirəm. “Türk ədəbi-mədəni təfəkküründə sufizmin ilk ifadəçisi Əhməd Yəsəvi olmuşdur... Ə. Yəsəvinin bir irfançı alim kimi əsas xidməti bu idi ki, o, sufizmi qədim türk-şaman mədəniyyəti ilə birləşdirib... Ə.Yəsəvi sufizmdə ilk türk təriqətini-Yəsəviliyi yaratmış birinci böyük türkdür”... “Sufizmə təkcə təfəkkür hadisəsi kimi baxmaq olmaz. Təfəkkür hadisəsi sufizm haqqındakı elmdir...  Sufizm kainatı bəsirət gözü ilə görməyi bacaranların getdiyi yol bədii-fəlsəfi təlimdir. Sufinin gücü ruhundadır. Ruhu insana Allah verir. Ruh Allah əmanətidir...” “ Mövlana Cəlaləddin Rumi Şeyx Nizami Gəncəvidən sonra farsca yazmış ikinci böyük türk şairidir. Türk ədəbiyyatında bir dahiNizami GəncəviŞeyx”, iki dahiCəlaləddin Rumi Məhəmməd FüzuliMövlanətituluna layiq görülüb bütün dünya bunu məmnuniyyətlə qəbul edib. İki Mövlanə türk ədəbiyyatında sufizmin ən uca zirvəsi, 33 il ömür sürmüş əbədi gənc Ş.Şəbüstəri isə bu zirvələrin ağırlığını çiyinlərində saxlayan əbədiyyət sütunudur...” “Şəms Təbrizi 35 yaşında olduqca gözəl, yaraşıqlı, qürurlu, eyni zamanda, qeyri-adi dərəcədə savadlı, məlumatlısufizmi dərindən bilən, dönməz əqidə sahibi, bəlağət elmlərinə ilahi vergisi olan çox cazibəli nitq mədəniyyətinə malik, nitqi ilə insanları ovsunlayan, dəmir kimi məntiqi ilə hər kəsi öz təsiri altına salan, magik imkanlara malik, fərasətli şair alim idi...” “Cəlaləddin Rumi özündən əvvəlki böyük sufiləriSənai Əttarı, Mütənəbbini, böyük Mənsur Həllacı, Bəyazid Bistamini, İmam Qəzalini, Dəmşqdə dərs deyən İbn əl-Ərəbini yaxşı mənimsəmişdi. Həqiqətən onun əsas tezisi ... belə idi. “Ömrümün hasili üç sözdən artıq deyil: çiydim, bişdim, yandım”. “ Allah insanın qəlbində olmalıdır. Mən bu fikirdəyəm ki, Allah sevən ürəklərdə gecələyir. Vaxtı yetmişkən bir fikri ərz edim. Bir var müdrik elmlər, insanlar kitabları oxuyub filosof olur. Bu yer adamının ağlının imkanları çevrəsində olan elmlərdir. Bir var mistiksəmavi, ilahi elmlər. Müdrikin bir kitab oxuyub gəldiyi nəticəni mistik insanın (hadisənin, yer üzünün) üzünə bir baxışla hasil edir...” “Sufizmin ağıla, insan təfəkkürünə münasibəti olduqca sərt idi. Sufizm nəzəriyyəçiləri təsəvvüfdə əqli sevgilini yarıyolda qoyub qaçan namərdə bənzədirlər. Ağıl insana Allah tərəfindən yer həqiqətlərini dərk etmək üçün verilmişdir. Onun səma həqiqətlərinə gücü çatmazdı. İlahi həqiqətləri, o cümlədən ilahi eşqi dərk etmək üçün bəsirət gözü lazım idi”.

Şəbüstəriyə görə kamil insan şəriəti özünə paltarı edən, ona bürünən, təriqəti özünə üst paltarı edən, onunla bəzənən, həqiqət onun zatının yeri olan, gözəl əxlaqla tanınan, elmi, təmizliyi, möminliyi ilə məşhur olan insandır”. “Sufizmin bizim ədəbiyyatdakı təkamül yolunu məhz belə müəyyənləşdirmək olar: fəlsəfədən poeziyaya! Şəbüstəri bu yolun nəzəri zirvəsi ( başlanğıcı!), Füzuli isə bu yolun poetik zirvəsi yekunudur. Azərbaycan sufi poeziyasına Şəbüstərinin təqdim etdiyi hücrədən daxil olmaq mümkündür”. “Cami-cəmpoetik baxımdan Nizami Gəncəvinin, nəzəri-fəlsəfi baxımdan Şəbüstərinin yolunu davam etdirir”...  İ.Nəsimi öz yaradıcılığı ilə anadilli şeirimizi elə bir məqama yetirdi ki, ondan sonra həm Türküstanda dahi Nəvai, həm İraqda dahi Füzuli mərhələləri yarandı; obrazlı desək, Nəsimi Nəvaini Nəvai Füzulini yaratdı”. “Biz bu fikirdəyik ki, Şeyx Nizami Atabəylər dövlətinin zəfərinin, Nəsimi Şirvanşahlar dövlətinin əzəmətinin, Füzuli Səfəvilər dövlətinin kədərinin tərənnümçüsü idi...”  Bəli, Gülşən xanım demişkən, Səfəvilər dövlətinin kədərinin tərənnümçüsü olan, kədərdən yazan Füzuli 500 il ərzində əslində bu kədəri bizim üçün o qədər doğmalaşdırdı ki, indi biz bu kədəri şərbət kimi içirik. Bu məqamda, mən Gülşən xanımın Füzuli haqqında dediyi bütün fikirlərlə razılaşaraq, özüm bir sual qoymaq istəyirəm. Böyük söz xiridarı olmaqdan əlavə,  nədədir Füzuli sənətinin gücü? Təbii ki, mən bu suala Gülşən xanıma qoşulub ilk növbədə onun kimi cavab vermək istəyirəm: sufizmdə, eşqdə. Bu mənada, bizə elə gəlir ki, professor Gülşən Əliyeva-Kəngərli bütövlükdə Füzuliyə sufi deyərkən heç səhv etməmiş, Füzulinin dünyagörüşünü, yaradıcılığının mündəricəsini doğru-düzgün təyin etmişdir. Sadəcə olaraq, Gülşən xanımın dediklərinə bircə onu əlavə etmək olar ki, Füzuli hər bir sufinin keçdiyi şəriət, təriqət, mərifət, həqiqət yollarında mərifətə çatmış şairimizdir. Ümumiyyətlə, tədqiqatçılar bütövlükdə mərifətə çatan iki şairin olduğunu söyləyirlər. Onların ikisi Gülşən xanım demişkən, türk ikisi mövlanədir. Biri Mövlanə Cəlaləddin Rumi, ikincisi isə Mövlanə Füzulidir. Ona görə hər iki şairin yaratdığı əsərlər yarandığı gündən bəri biri farsdilli poeziyada, digəri isə türkdilli poeziyada solmur öz təravətlərini itirmirlər. Beləliklə, mən bu kiçik yazını Gülşən xanımın sufizm barədə dediyi sözlərlə, gəldiyi nəticələrlə bitirmək istəyirəm: “ IX əsrdən üzü bəri bütün dünyanın düşünən adamlarınınfilosof, yazıçı, şair, tarixçi, hüquqşünas ədəbiyyat nəzəriyyəçilərinin diqqətini öz cazibəsində saxlayan SUFİZM elə bir bədiifəlsəfi cərəyandır ki, onu izah etmək olmaz. Sufizm ədədlər sırasında sonsuzluq, cümlədə üç nöqtədir. O, “Bəşəriyyət Əbədiyyətproblemidir. Məxluq xaliqi görməyincə sufizm bitməyəcək. Həll olunmayacaq... Ona görə məxluqun xaliqə mistik-ilahi sevgi yolu-sufizm davam edir”. Lakin Şərq mistik düşüncə tərzində bir ariflik məqamı da var. Bizə elə glir ki, ariflə sufinin oxşar fərqli cəhətləri, Füzulinin sufilərə ariflərə münasibətinin müxtəlif problemlərinin həll olunmasının da vaxtı çoxdan gəlib çatmışdır. Bu mənada, mən bu problemin həllini Gülşən xanımdan gözləyir onun bir neçə dəfə Dədə Qorquda müraciət etdiyi kimi, mən Dədə Qorqudun dili ilə Dədə Qorqudun bir sözünün semantikasını dəyişib, ona müraciət etmək istəyirəm: Yolun uğurlu, qələmin iti olsun, xanım, hey!

Tərlan QULİYEV
Filologiya elmləri doktoru

 





17.02.2014    çap et  çap et