525.Az

Ucar rayon sakini bıçaqlanıb


 

Ucar rayon sakini bıçaqlanıb<b style="color:red"></b>  Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün rayonun Qaracallı kəndində qeydə alınıb. Qaracallı kənd sakini, 1972-ci il təvəllüdlü Hacıyev Hamiz Xanbaba oğlu dünən axşam saatlarında bıçaq xəsarəti ilə Ucar Mərkəzi Rayon xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralıya ilkin yardım göstərildikdən sonra o Bakıdakı xəstəxanalardan birinə göndərilib . H. Hacıyevin kim və ya kimlər tərəfindən bıçaqlanması hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
 





17.10.2012    çap et  çap et