525.Az

Müğənni yol qəzasında öldü


 

Müğənni yol qəzasında öldü<b style="color:red"></b>


Bakı-Şamaxı yolunun 81-ci kilometrliyində, Qobustan rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, Gəncə sakini, 1985-ci il təvəllüdlü Abdullayeva Jalə Sərdar qızının idarə etdiyi 90 MJ 545 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil gecə saat 2.00 radələrində yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

Nəticədə J. Abdullayeva hadisə yerində dünyasını dəyişib, avtomobildə olan Qobustan rayon sakini, 1988-ci il təvəllüdlü Binyətov Baxış Səxavət oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə zamanı dünyasını dəyişən qadın müğənni, xəsarət alan şəxs isə klarnet ifaçısıdır. Onlar Şamaxıdan toydan qayıdırmışlar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 





17.10.2012    çap et  çap et