525.Az

Ceyhun Osmanlı beynəlxalq forumda iştirak edib


 

Ceyhun Osmanlı beynəlxalq forumda iştirak edib<b style="color:red"></b>

15 oktyabr tarixində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyi Türkiyə Böyük Millət Məclisi (TBMM), Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutunun dəstəyi ilə Türkiyənin İstanbul şəhərində “Renaissanse Bosphorus” otelində “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda Beynəlxalq Forum keçirilib.
525.az-ın məlumatına görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən deputatlar, diplomatlar, Avropa Parlamentinin üzvləri, beynəlxalq və qeyri-hökumət təşkilatların təmsilçiləri iştirak ediblər.

Forumda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, TürkPA-nın baş katibi Ramil Həsənov, TBMM-in birinci vitse-spikeri Mehmet Sağlam, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Türkiyə və Azərbaycan parlamentlərinin deputatları Məhmət Tuş, Ceyhun Osmanlı, Qənirə Paşayeva, Fuad Muradov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Qırğız Respublikası parlamentinin vitse-spikeri Torobay Zulpukarov və digər rəsmilər iştirak ediblər.

Millət vəkili Ceyhun Osmanlı “Təcrübə mübadiləsi və dialoqun inkişafında müasir texnologiyaların rolu” mövzusunda keçirilən paneldə çıxış edib və eyni zamanda panelin moderatoru olub.
Forumun keçirilməsində məqsəd şəxsi münasibətlər və dialoqun yaradılması məqsədi ilə müxtəlif ölkələrdən gənc liderləri bir araya gətirmək, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik içərisində irəliyə aparmaq və bu işdə gənclərin rolunu artırmaqdır.

 





17.10.2012    çap et  çap et