525.Az

"Həyat hekayələri"


 

"Həyat hekayələri"<b style="color:red"></b>

Səlim Əzimovun bu adda yeni çapdan çıxmış kitabına belə bir əlavə edərdim: "Zəngin bir ömrün diyarın ensiklopedik toplusu".

Müəllif, Azərbaycanımızın Ağdam adlı əsrarəngiz bir diyarının mötəbər ağsaqqal ziyalısı, ölkəmizdə, bəlkə dünyada çox az adama nəsib olan bir ömür yaşayıb yaşayır. Xudu Məmmədov, Rafiq Əliyev kimi dünya şöhrətli alimlərin ilk təhsil ocağı olan Novruzlu məktəbinin şöhrəti onun adı ilə bağlıdır. 54 il bu məktəbə rəhbərlik edən Səlim müəllim elə bu göstəricisi ilə bəlkə Ginnesin rekordlar kitabına düşə bilər. Kitabın ilk fəsli Xudu Məmmədovun "Xalqını tanıyan bilən - millətini təmsil edə bilər" sözləri ilə başlayır Səlim müəllim öz kitabında böyük alimin bu sözlərini özündə ehtiva edir.

Hər bir xalqın tarixi həmin xalqın yaşadığı ölkənin tarixindən ayrılmazdır. Səlim müəllim ilk fəsildə Qarabağın ürəyi olan Ağdamın əsrlərdən keçib gələn tarixinə qısa nəzər salır. Bu diyarın X əsrdən başlayaraq Şəddadilərin, XI əsrdə Səlcuqilərin, XII əsrdən Eldəgizlərin, daha sonra monqolların, teymurilərin, Ağqoyunluların, Səfəvilərin hücumlarına məruz qalmasından XVII əsrdən yerli əhalinin mübarizəsi sayəsində Qarabağ xanlığının möhkəm qərar tutması, burada kənd təsərrüfatının, sənətkarlığın, ticarətin inkişafı, ədəbiyyat incəsənət korifeylərinin meydana gəlməsi ona böyük tarixi şöhrət qazandırmasından bəhs olunur. Kitabın bir böyük dəyəri ondadır ki, burada Sovet dönəmində yetişən yüzlərlə görkəmli alimin, ədəbiyyat incəsənət xadiminin mükəmməl statistikası verilir.

Səlim müəllimin öz nəsil şəcərəsinə dair verdiyi məlumatlar da maraqlıdır. Nəsil-kökünü dəyərləndirə bilməyən bir adam kökdən ayrılmış barsız-bəhərsiz bir ağaca bənzəyər. Səlim müəllimin öz nəsil-kökünü bütünlükdə şəcərəsini mükəmməl işıqlandırması onun görkəmli ziyalı obrazına da işıq salır. Müəllifin ata-ana məhəbbəti haqqında yazdıqları böyük tərbiyəvi dəyərə malikdir. Onun özünün həyat hekayəsi isə bir gəncin, tələbənin, müəllimin, məktəb direktorunun bitkin həyat manifestidir. Kitabda mənfur qonşularımız olan ermənilərin müxtəlif xəyanətlərinə dair faktların canlı nümunələri böyük tarixi dəyərə malikdir.

1950-ci ildən başlayıb 1952-ci ilə qədər Novruzlu məktəbində çalışan 45 müəllimin, 34 müəllimənin, 23 texniki işçinin hər biri haqqında qısa məlumat verilməsi diqqətəlayiqdir. Uzun illər rəhbərlik etdiyi Novruzlu məktəbinin tarixinə dair verilən məlumatlar, məktəbin həyatında baş verən maraqlı hadisələr dəyərlidir, hər bir məktəb üçün örnəkdir.

Əsərin çox dəyərli bir fəsli Səlim müəllimin həyatda olan olmayan dostlarına həsr olunub. Bu fəsildə onun varlığına yoxluğuna işıq saldığı adamların statistikası da çox maraqlıdır. Bunlar az, çox, 500 nəfərə qədərdir. Səlim müəllimin bu qədər adamı adı, soyadı, ixtisası ilə yaddaşında saxlaması özlüyündə nadir hadisədir. bunların bir çoxları ilə münasibətlərində baş verən maraqlı hadisələrin qələmə alınması onun qeyri-adi yaddaşından xəbər verir.

Kitabda Ağdamın düşmən əlinə keçməsinin xəyanətkar rəhbərlərin əməllərilə bağlı olmasına dair maraqlı faktlar var. 10 il ağdamlılarla işləyib onların böyük fədakarlığına yaxından bələd olan bir şəxs kimi Səlim müəllimin aşağıdakı sözlərinə sözün tam mənasında haqq qazandırıram. "Mən həmişə demişəm, indi deyirəm, ermənilər ağdamlılardan qorxurdular. Ağdam uzun illər ermənilərə göz dağı olmuşdur". müəllifin ümidverici qənaəti çox dəyərlidir. "Mənfur ermənilər bilməlidirlər ki, şəhidlərimizin "(Ağdam şəhidlərinin sayı 6 mindən çoxdur) qanı yerdə qalan deyil. Yəqin ki, əvvəlkindən gözəl, yaraşıqlı Ağdam yenə yaranacaqdır".

Müəllifin dediyi: "Biz ayrılığı gördük, sinəmiz dağlandı, zirvələrə gedən yollarımız üzümüzə bağlandı, lakin kiminsə yanında kövrəlmədik, içimizdə ağladıq, yurd-yuvamız xəyanətə qurban getdi, alnımıza "qaçqın-köçkün" damğası vuruldu. Yükümüz dərd-qəm şələsi oldu. Bu gün üzümüz, qəlbimiz gülmür, dupduru gözlərimizdə sevgi odu alovlanır. Yurd-yuva yadımıza düşəndə isə ürəyimiz alışıb yanır" sözləri hər bir ağdamlının qəlbini alovlandırmaya, dərin düşüncələrə qərq etməyə bilməz.

Müəllifin Ağdam rayonundan olub Qarabağ döyüşlərində "Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərin (16 nəfər), "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlərin (22 nəfər), "Hərbi xidmətə görə" medalı ilə təltif olunanların (15 nəfər), Novruzlu kəndi uğrunda döyüşlərdə həlak olanların (20 nəfər) siyahısını kitaba daxil etməsi həmin adamların adlarının əbədiləşdirilməsi baxımından önəmlidir.

Səlim müəllim pedaqoji fəaliyəti dövründə birgə çalışdığı 65 müəllimin hər birinin hansı illərdə işlədiyini göstərməklə, ayrı-ayrı müəllimlərin pedaqoji nailiyyətlərindən bəhs etməklə onların hər birinə olan həssas münasibətini əks etdirir.

Müəllifin ailə məhəbbətinə həsr etdiyi bölmələr diqqəti cəlb edir. Burada bu məhəbbətin bütün incəlikləri özünə yer tapıb. Ailə məhəbbətinin ülviyyəti elə təbii boyalarla nəql olunur ki, bunları oxuyan hər kəs bu məhəbbətin isti nəfəsini duymaya bilməz.

Ömür-gün yoldaşını itirməyilə Səlim müəllimin düçar olduğu qəm-kədər yükü elə ağır olub ki, bunu oxuyan hər kəs böyük onun dərdinə şərik olmaya bilməz.

Kitabda diqqəti cəlb edən daha bir məqam Səlim müəllimin dostları ilə olan münasibətidir. Bu münasibətlərdə onun özünün "dostu axtar tap, tapdınsa qoru" kəlamı özünə möhkəm yer tutub. Onun ayrı-ayrı dostlarının timsalında axtardıqları isə bütöv şəxsiyyətini səciyyələndirən faktorlardır.

Səlim müəllimi sözün tam mənasında böyük vətəndaş adlandırıram. Bu göstərici isə onun uzun illər ərzində ona tapşırılan vəzifənin öhdəsindən ləyaqətlə gəlməsindədir. Öz dostlarını dəyərləndirərkən bu keyfiyyəti önə çəkir. Onun işlətdiyi başqa bir  "Ata xəzinə, qardaş arxa, dayaq, dost hər ikisidir"  kəlamı da dostlarına verdiyi dəyərin diqqətəlayiq təzahürüdür.

Dünya şöhrətli alim, akademik Xudu Məmmədov haqqında çox yazılıb bundan sonra da heç şübhəsiz, yazılacaq. Çünki belə adamlar canlı tarixə çevrilir onun səhifələrindən heç vaxt düşmür. Bu kitabda da onun haqqında çox deyilir. Lakin indiyədək yazılanların heç birinə bənzəmir. Buna görə Səlim müəllimin Xudu Məmmədov haqqında yazdıqlarından bəzilərini daha geniş oxucu kütləsi olan qəzet səhifəsinə köçürməyi lazım bilirəm.

"Balaca Xudu təbiəti çox sevirdi. O, sadəcə təbiət aşiqi, təbiət vurğunu deyildi, təbiətdə baş verən hər şeylə maraqlanırdı. Xırda bir tapıntı onu sevindirirdi. Bizim kəndin yaxınlığında Qar-qar çayı var. Sel gələndə axıb Araz çayına qədər gedir. O, tez-tez Qar-qar çayının yatağına gedib isə axtarardı. Bir gün məktəbə gələndə cibindən qarğa, sağsağan yumurtasına oxşayan üç-dörd qoz boyda boz rəngli xırda daş çıxarıb bizə göstərdi dedi ki, bunun adına "zəy" deyirlər. Dedi ki, bu daş bulanıq suyu duruldur. O, bankada bulanıq su tapıb gətirdi əlindəki daşın hər ikisini bankaya saldı. 5-10 dəqiqədən sonra su dupduru, göz yaşı kimi oldu. Biz çox təəccübləndik. Bir gün o, bizi yenə təəccübləndirdi. Müharibə illərində çox şey tapılmırdı, o cümlədən kibrit. O, günlərin birində yenə cibindən boz rəngli bir daş çıxardı, dedi ki, istəyirsiniz daşla ocaq qalayım. Biz onun danışığına, elədiklərinə mat qamışdıq. Məktəbin qoca, yaşlı gözətçisi var idi. Onu çağırdı ki, baba, gəl bura. Baba papiros çəkən idi. Dedi baba, gətir papirosunu yandırım. Kişi cibindən tütün torbasını çıxardı, bir qəzet parçasının arasına tütün doldurdu dayandı. Dedi, bala, spiçkam yoxdur. Xudu cibindən yastı bir daş çıxartdı, kişidən bıçaq alıb daşa sürtdü, bərkdən daşa vurdu, daşdan qığılcım çıxdı, baba papirosunu yandırdı. Dedi buna çaxmaq daşı deyirlər. Baba daşı Xudunun əlindən aldı "ay çoxbilmiş, bunu hardan almısan"soruşdu. Dedi,  "Qar-qar çayından".

Bu parça sonralar canlı əfsanəyə çevrilmiş Xudu Məmmədovun elə anadan böyük tədqiqatçı kimi doğulmasının parlaq nümunəsidir.

Müəllif onun haqqında yazdıqlarını faşizmin həbs düşərgəsində can vermiş böyük tatar şairi Musa Cəlilin bir sözü ilə bitirir:

"Xoşbəxt o adamdır ki, öləndən sonra yaşayır". müəllif: "Bəli, Xudu müəllim ölməyib, o, onu sevənlərin qəlbində həmişə yaşayır yaşayacaq".

Belə adamları yaşadan isə elə Səlim müəllim kimi xalqın sevimli, ziyalı övladlarıdır.

Kitabda verilmiş Səlim müəllimə həsr olunmuş xatirələr, yazılar da çox ibrətamizdir.

Kitab gözəl şairimiz Əliağa Kürçaylının (mənim 30 illik böyük dostum olub bir neçə kitabımda onun dost fədakarlığından bəhs etmişəm) bir şeir bəndi ilə yekunlaşır:

 

"Bircə xatirəni yaşatsa insan,
Bütün ömrü boyu bəlkə bəsidir.
Ürəyi kövrəldən, gözü yaşardan,
O uzaq illərin xatirəsidir".  

Bəs Səlim müəllimin bu kitabında onlarda insanı kövrəldən, göz yaşlarına səbəb olan xatirələri nəzərə alsaq onun necə böyük bir gördüyünü deməmək olarmı? Vətənimizi zənginləşdirən, xalqımıza doğru yolu göstərən belə ziyalılarımıza eşq olsun!

 

Sadıq Murtuzayev

Filologiya üzrə fəlsəfə doktoru, "Qızıl qələm" mükafatı laureatı

 





18.02.2014    çap et  çap et