525.Az

"Vesti" qəzetinin jurnalisti Kiyevdə həlak olub


 

"Vesti" qəzetinin jurnalisti Kiyevdə həlak olub<b style="color:red"></b> Kiyevdəki küçə toqquşmaları zamanı "Vesti" qəzetinin jurnalisti Vyaçeslav Veremey həlak olub. Bu barədə məlumatı qəzetin baş redaktoru İqor Qujva Facebook-da təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İnterfaks" xəbər yayıb.

Onun sözlərinə görə, jurnalist öz həmkarı ilə taksi ilə işdən qayıdırmış. Yol ayrıcında maşına naməlum şəxslər hücum ediblər, maşını tərpətməyə başlayıblar, sürücünü və sərnişinləri maşından çıxararaq onlara döyüblər.

İki nəfər xəsarət alıb, jurnalist isə təcili yardım xəstəxanasında qarnından aldığı güllə yarasından vəfat edib
 





19.02.2014    çap et  çap et