525.Az

Sabah qısamüddətli yağış yağacaq


 

Sabah qısamüddətli yağış yağacaq<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında sabah hava əsasən yağmursuz keçəcək, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehitmalı var. Bu barədə bu gün 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehitmalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

 





17.10.2012    çap et  çap et