525.Az

“Ermənistanla sərhədlər açılmayacaq”


 

“Ermənistanla sərhədlər açılmayacaq”<b style="color:red"></b>

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması, sərhədləri aşmağa hazırlaşması barədə yayılan məlumatlara münasibət bildirib.

APA-nın məlumatına görə, Əhməd Davudoğlu bu gün Gəncədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşündən sonda keçirilən mətbuat konfransında bu xəbərlərin doğru olmadığını deyib.
 
“Türkiyənin mövqeyi bəllidir və bu mövqedə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq”, - deyə nazir qeyd edib.

 





19.02.2014    çap et  çap et