525.Az

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq


 

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq<b style="color:red"></b>

 Fransa hökuməti ATƏT-in Minsk Qrupunun həmsədri olan digər ölkə ilə birlikdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırır.

Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfiri Paskal Monye məlumat verib.

O, hazırda bununla bağlı müzakirələr getdiyini bildirib: “Müzakirələrin detallarını bilmirəm. Görüş Parisdə də ola bilər, başqa şəhərdə də”.

Səfir qeyd edib ki, Fransa hökuməti ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir.

 





17.10.2012    çap et  çap et