525.Az

Ukraynada matəm günüdür


 

Ukraynada matəm günüdür<b style="color:red"></b> Fevralın 20-də Ukraynada matəm günüdür. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkə prezidenti Viktor Yanukoviç bu haqda sərəncam imzalayıb.
 
«Kütləvi qarışıqlıq zamanı baş verən insan tələfatı ilə əlaqədar 2014-cü il fevralın 20-i Ukraynada matəm günü elan edirəm»-deyə, dövlət başçısının sərəncamında bildirilib.
 
Matəm gün dövlət bayrağı ölkənin hər yerində endiriləcək. Bundan başqa əyləncəli-konsertlər,  idman yarışları təxirə salınacaq. Teleradio verilişlərində də bununla bağlı uyğun dəyişiklik ediləcək.
 





20.02.2014    çap et  çap et