525.Az

Kiyevdə toqquşmalarda ölənlərin sayı 28-ə çatıb


 

Kiyevdə toqquşmalarda ölənlərin sayı 28-ə çatıb <b style="color:red"></b> Ukrayna Səhiyyə Nazirliyi paytaxt Kiyevdə baş verən toqquşmalar zamanı ölənlər və yaralananlar haqqında yeni rəqəmlər açıqlayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, qarşıdurmanın yeni dalğasının başladığı fevralın 18-dən fevralın 20-si səhər saat 06-ya olan məlumata əsasən 28 nəfər ölüb, yaralanan 445 nəfər tibb məntəqələrinə müraciət edib.
 
Xəstəxanalarda hazırda 287 nəfər müalicə olunur, onlarda 88-i hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Xəstəxanalarda müalicə alanlar arasında 6 jurnalist, yetkinlik yaşına çatmayan 4 nəfər, 2 əcnəbi və 1 müxalifətçi deputat (Vasili Pazinyak) da var. 
 
Ümumilikdə toqquşmalarda təxminən 800 nəfər xəsarət alıb.
 





20.02.2014    çap et  çap et