525.Az

Barak Obama hesabı bərabərləşdirdi


 

Barak Obama hesabı bərabərləşdirdi<b style="color:red"></b>

İki həftə öncə təşkil olunan görüşdə rəqibi Romneyə məğlub olan Obama ötən gün debatda qələbə qazanaraq hesabı bərabərləşdirib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün Obama və rəqibi Romney arasında baş tutan debatda ikinci məğlub olub. Romneyin məğlubiyyətinə isə onun Liviya məsələsi ilə əlaqədar söylədiyi fikirləri səbəb olub.

Namizədlərin debat öncəsi səsləndirdiyi əsas şüar isə belə idi: “Nə zəif görünəcək qədər nəzakətli ol, nə də kəskin olacaq qədər aqressiv ”.

Görüşdə tərəflər arasında siyasi məsələlər, işsizlik və. s bu kimi problemlər müzakirə olunub. Ölkədəki işsizlərin durumunu müzakirə edən tərəflər bu mövzuda da mübahisəli fikirlər söyləyiblər. Romney Obamanın hakimiyyət illərində işsizlərin sayının 8 faizə enməsi ilə razılaşmayaraq apardıqları sorğuları sübut olaraq göstərib. Sorğuların nəticələrinə əsaslanaraq Romney ölkədə işsizlərin 10.7 faiz təşkil etdiyini qeyd edib.

Xatırladaq ki, tərəflər arasında sonuncu görüş oktyabrın 22-də təşkil olunacaq. Sonda moderator Kandy Krovley Barak Obamanın qələbə qazanmasını elan edib. Debatdan sonra Coğrafi İnformasiya Sisteminin açıqladığı nəticələr də Obamanın qələbəsini özündə əks etdirib. Obama 37 faiz, Romney isə 30 faiz səs qazanıb.

Qeyd edək ki, Amerikada prezident seçkiləri noyabrın 6-da keçiriləcək.

Nigar Məhərrəm

 





17.10.2012    çap et  çap et