525.Az

Xəzərin Azərbaycan sahillərində yaşayan 23 quş növü təhlükədə


 

Xəzərin Azərbaycan sahillərində yaşayan 23 quş növü təhlükədə<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun əməkdaşları tərəfindən “Xəzər dənizinin Azərbaycan sahillərində nadir, nəsli kəsilməkdə olan quşların müasir vəziyyətinin öyrənilməsi və qorunmasının elmi əsaslarının hazırlanması” mövzusunda tədqiqat işi aparılıb.

İnstitutdan Lent.az-a verilən məlumata görə, araşdırma nəticəsində 76 nadir quş növünün müasir vəziyyəti müəyyən edilib və onları qorumaq, sayının artımına nail olmaq məqsədilə elmi əsaslandırılmış tövsiyələr hazırlanıb. Zooloji muzeyin direktoru İlyas Babayev qeyd edib ki, bu quşların 23 növü təhlükədədir və antropogen təsir səbəbindən azalıb. Onlardan 4 növ həssas, 11 növ isə böhran vəziyyətindədir. 1 növ (Qara leylək) və 2 yarımnövün (Qafqaz və Talış qırqovulu) nəsli kəsilib. 26 növ isə antropogen təsirdən asılı olmayaraq həmişə az saylı və ya təsadüf rast gəlinəndir.
 
Xəzərin Azərbaycan sahillərində bu kimi quşların məskunlaşdığı ərazilər Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı, Yenikənd su anbarı, Ağzıbir gölü və Samur Yalama Milli Parkıdır
 





20.02.2014    çap et  çap et