525.Az

Yerevan aeroportu "Armavia" reyslərinə xidməti dayandırıb


 

Yerevan aeroportu "Armavia" reyslərinə xidməti dayandırıb<b style="color:red"></b> Yerevanın "Zvartnots" aeroportu çərşənbə günü borcla əlaqədar Ermənistanın milli aviadaşıyıcısı "Armavia" şirkətinə xidməti dayandırıb. Trend-in məlumatına görə, bu barədə "İnterfax.ru" saytı xəbər verib.

"Zvartnots" aeroportunun mətbuat katibi Gevork Abraamyanın verdiyi məlumata görə, şirkətin borcunun məbləği əvvəlki söylənilən məbləği 1milyon dollardan çox ötüb. "Armavia"nın ümumi borcu 3,360 milyon dollar təşkil edir.

"Armavia" şirkətindən aeroportun reyslərə xidmət göstərməsini dayandırması barədə məlumatı təsdiqləyiblər.
 





17.10.2012    çap et  çap et