525.Az

Ərdoğan ilə Obama arasında telefon danışığı


 

Ərdoğan ilə Obama arasında telefon danışığı<b style="color:red"></b>

Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Görüş zamanı, iki ölkә arasındakı münasibәtlәr başda olmaqla, Suriya, Kıbrıs, İsrail və enerji kimi bir çox mövzu müzakirә edilib.

Baş nazirlik Mətbuat xidmәtindәn verilәn açıqlamada bildirilib ki, Obama , Türkiyə-ABŞ arasında qarşılıqlı hörmәt çәrçivәsindә güclü münasibәtlәrin olmasını yüksәk qiymәtlәndirir.

Danışıq zamanı Suriya mәsәlәsi dә gündәmә salınıb. Bu ölkәdәki terror fәaliyyәtlәrinә qarşı mübarizə mövzusunda güclü əməkdaşlığın vacibliyini vurğulayan iki lider, Suriyadakı siyasi böhrana son qoyacaq bir siyasi həll yolu tapmaq üçün aparılan sәylәrin davam etmәsi mövzusunda razılaşıb.

Enerji məsələsində, İraq mərkəzi rəhbərliyi ilə Şimali İraq Regional Kürd Rəhbərliyi arasında ortaq bir zəmində danışıqlar aparmalarına dәstәk mövzusunda da iki liderin hәm fikir olduğu qeyd edilәn açıqlamada, Kıbrıs probleminin həlli ilә bağlı müzakirə prosesinin yenidən başlamasına zәmin yardmaq istiqamәtindә baş nazir Ərdoğanın izlәdiyi siyasәtin, prezident Obama tərəfindən yüksәk qiymәtlәndirildiyi vurğulanıb.

İsrail ilə münasibətlərin normallaşması prosesinin qısa müddətdə yekunlaşdırılmasının əhəmiyyəti tәhlil edilәn görüşdә, liderlәr dünya iqtisadiyyatının güclü, daimi və balanslı inkişafa ehtiyacı olduğu mövzusunda fikir mübadiləsi ediblәr.

trtazerbaycan

 





20.02.2014    çap et  çap et