525.Az

Adı müqəddəs kitabda keçən meyvə - zeytun


 

Adı müqəddəs kitabda keçən meyvə - zeytun<b style="color:red"></b>

Yer kürəsində mövcud olan maddi varlıqlardan heç birinin əbəs yerə yaranmaması hərəsinin özünə görə bir fəzilətinin, əhəmiyyətinin olması hamıya məlumdur. Bu mənada gündəlik həyatımızda qida rasionumuza daxil olan nemətlərdən sayılan meyvələr xüsusi rola çəkiyə malikdirlər.  Heç təsadüfi deyil ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə bəzi meyvələrin adları çəkilib. Bunlardan biri zeytundur. Belə ki, buyurulur: "Vəttini vəz-zəytun." "And olsun əncirə zeytuna."İmam Rza (ə) bu meyvə ilə bağlı fikrini belə ifadə edib: "Zeytun bəlğəmi qəm-qüssəni aradan aparıb insanın əxlaqını düzəldir." İmam Sadiq (ə) isə buyurub: "Zeytun peyğəmbərlərin yeməyidir kişinin nütfəsini çoxaldır."

Qeyd olunanlar bir daha bu meyvənin qədər vacib həyati əhəmiyyətə malik olmasından xəbər verir. Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya Avstraliyanın mülayim isti tropik zonalarında yayılıb. 20- yaxın növü var. Bu bitki həmişəyaşıl halda 4 - 6, nadir hallarda isə 10 - 12 metr hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.

Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 - 30 % əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm təbabətdə geniş istifadə olunur.

Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. O hələ eramızdan 2500 il əvvəl qədim misirlilərin diqqətini özünə cəlb edib. Meyvələrindən onun yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlikləri s.), həmçinin yeyinti məhsulu, xoş dadlı ətirli ədviyyat kimi istifadə olunub.

Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda yayılıb. O sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda becərilməkdədir.

Azərbaycanda son 40 - 45 ildə zeytuna diqqət daha da artıb. Bu səbəbdən uzun illər Abşeron zeytun bağları ilə məşhur olub. Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqda zeytun bağlarının sahəsi sürətlə genişləndirilib. Ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılıb. Bundan başqa, Bilgəhdə, Maştağada subtropik bitkilər, Buzovnadakı tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınıb.

Durğunluğun doğurduğu tənəzzül ya qürub edən günəşin işartısı 

Dövlət müstəqilliyimizin ilk dövrlərində - 90- illərdən sonra isə digər istehsal sahələri kimi, zeytunçuluqda da geriləmə müşahidə olunmağa başlayıb. Belə ki, müstəqillik dövründə torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarılıb yerdə qalan bağların məhsuldarlığı da qayğısızlıq ucbatından aşağı düşüb. Hazırda 1525 hektar zeytun bağları sahəsinin 30 faizi baxımsızlıq səbəbindən acınacaqlı vəziyyətdədir.  Zeytunçuluq üzrə ilk təsərrüfat isə 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib işə salınıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi Cümşüd Naxçıvanski adına Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsində məcburi köçkünlər məskunlaşıb, qalan hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib. Əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bunun 2500 hektarı Zığ, Qala, Hövsan Bilgəh bağlarının, 400-500 hektarı isə Buzovna, Sumqayıt Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb. Nazirlikdən verilən məlumata əsasən hazırda 2000 hektara yaxın zeytun bağları var ki, həmin bağların da hamısı özəlləşdirilib. Zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan təəssüf ki, bu sahə investorları bir o qədər cəlb etmir. Bu qiymətli bitki ilə bağlı nazirlikdən verilən məlumatda bildirilir: "Abşeronda zeytun bağlarının salınması üçün müəyyən investisiya qoyulmalıdır. Bu işə külli miqdarda sərmayə yatırılmalıdır. Zeytun təkcə yağı, turşuya qoyulmuş halda istifadədən ibarət deyil. Zeytun ağacları həm , külək eroziyasının qarşısının alınmasında effektlidir".

 

Bəxtinə gün doğan həyat ağacı

 Lakin hər bağlı qapının bir açarı, hər qaranlıq gecənin bir işıqlı sabahı olduğu kimi Azərbaycan zeytununun da sahibi tapıldı. 1991-ci ildən respublikamızda fəaliyyət göstərən, çoxli sayda ərzaq məhsulları istehsal edən "Azərsun Holdinq" şirkəti ondan çox məhsul markalarının sırasına daha birini əlavə etdi. Azərbaycan istehlakçısına zeytun məhsulu, onun insan sağlamlığı ümumilikdə tibbi əhəmiyyəti ilə bağlı tanıtımı istiqamətində çoxşaxəli fəaliyyət reallaşdırılmağa başlandı. Nəticə müsbətdir: az müddət ərzində həm yeni zeytun bağları salındı, yeni istehsalat sahəsi yaradıldı, həm daxili bazarla yanaşı, ölkə hüdudlarından da kənarda rəğbətlə qarşılanan "Zeytun Bağları" markası formalaşdı.  Şirkət təmsilçiləri Azərbaycanda istehsal olunan zeytun yağlarının keyfiyyətinə görə bu sahədə Avropa liderləri sayılan Yunanıstan İspaniyadan geri qalmadığını bildirirlər. Sosial xidmətlər departamentindən aldığımız məlumatda qeyd olunur ki, iki il əvvəl Yunanıstanın Krit adasında keçirilən müsabiqədə hamı Azərbaycan zeytununun keyfiyyətinə əmin olub. İndi şirkət zeytunun xaricə ixracını genişləndirməyə hazırlaşır. Bununla əlaqədar olaraq, ölkədə zeytun ağaclarının sayının artırılması mühüm hesab olunur. Qeyd olunan layihələr çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava Limanına gedən yoldakı 5 hektar sahədə 4000 ədəd zeytun ağacı əkilib. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1 050 min kub metr torpaq gətirilərək qurudulub 39 hektar ərazidə zeytun ağacları salınıb. Bu  məqsədlə indiyədək Bakıda respublikanın digər ərazilərində "Azərsun Holdinq"in əkdiyi zeytun ağaclarının sayı 200 mindən artıqdır. Zeytunun bir sıra faydalarını xatırladan "Zeytun bağları" marka təmsilçisi son vaxtlar Azərbaycanda da zeytun yağının istifadəsinin artdığını ona tələbatın yüksəldiyini bildirib. Eləcə onun sözlərinə görə, xarici ölkələrdə Azərbaycanın zeytun yağlarına maraq artır. Ölkədə zeytun ağaclarının əkilməsi qorunması ilə bağlı keçən il Bakının Nizami rayonunda start verilən layihə haqqında fikirlərini bölüşən Sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov marka təmsilçisi Ellada Şiriyeva "Zeytun bağları" markası haqqında məlumat veriblər. Qeyd olunub ki, "Azərsun Holdinq"in zeytun yağlarının istehsalı məqsədilə xammal üçün istifadə olunan zeytun Bakı Bakıətrafı ərazilərdən yığılır, eləcə xaricdən gətirilir Dübəndidəki Zeytun Emalı Fabrikində emal olunur. Yerli sakinlərdən xammal üçün zeytunun alınması nəticəsində Azərbaycanda təqribən 5 minə yaxın vətəndaş işlə təmin edilib. Qeyd edək ki, layihəyə Ekologiya Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları, qeyri-hökumət təşkilatları ictimaiyyət cəlb olunub.

 

Ağac meyvəsinə yerləşdirilən dərmanlar

Ümumiyyətlə zeytundan istehsal olunan çoxçeşidli məhsullara görə o ərzaq təhlükəsizliyi baxımından mühüm vasitələrdən biri olmaqla bərabər, həm tibbi əhəmiyyətinə görə seçilir. Zeytun yağının yüksək miqdarda istehlak edildiyi Aralıq Dənizi ölkələrində, ürək-damar xəstəlikləri xərçəngin daha az olması diqqətə layiqdir. Zeytun yağının xərçəng təhlükəsini azaltması isə tərkibinə qoyulan fenolların güclü antioksidan təsirinə bağlıdır. Bu maddələrin antioksidan təsirləri səbəbi ilə DNT- zərər verə biləcək maddələri təsirsiz hala gətirdikləri DNT üzərindəki xəsərin aradan qalxmasına kömək etdikləri hesab olunur. Fikirlərimizi faktlar üzərində qurmağa çalışaq. Alman Xərçəng Araşdırma Mərkəzindən Ouen yoldaşları zeytun yağının insan sağlamlığı üzərində təsirlərini analiz etdikləri bir çalışmada bu yağın tərkibində olan fenolların antioksidan xüsusiyyətləri səbəbi ilə bəzi xərçənglərin (qalın bağırsaq, döş dəri) koroner ürək xəstəliklərinin inkişafına mane olduğunu bildirmişlər.

Yaponiyanın Kanazava Universitetindən Budiyanto yoldaşları isə xərçəng əmələ gətirici ultra bənövşəyi şüalara məruz qoyulan siçovullarda dəriyə tətbiq olunan zeytun yağının təsirlərini incələyiblər. Siçovulları üç qrupa ayıraraq, birinci qrupdakılara zeytun yağı sürtməyiblər, ikinci qrupdakılara şüalanmadan əvvəl, üçüncü qrupa isə şüalanmadan sonra zeytun yağı sürtüblər. Xərçəng əmələ gətirici şüalara məruz qoyulduqdan sonra zeytun yağı sürtülən qrupda xərçəngin daha az nisbətdə inkişaf etdiyini müşahidə ediblər.

Ürəyimizi, damarlarımızı xərçəng mexanizmasını bilən Sonsuz Qüdrət Sahibi, bunların dərmanını da yaxınlıqdakı bir ağacın meyvəsinə yerləşdirib. Zeytun yağının hələ kəşf edilməmiş başqa xüsusiyyətlərinin olduğuna alimlər inanırlar. Bu xüsusiyyətlər ortaya çıxdıqca istehlakı daha da artacaq, bununla yanaşı, yeni dərman müalicə metodlarının da inkişafına imkan verəcəkdir. Hazırda isə dərman kosmetika sənayesində qatqı maddəsi kimi geniş şəkildə istifadə olunmaqdadır. Onsuz da xalq arasında illərdən bəri bir sıra saç dəri xəstəliyində zeytun yağından istifadə edilməkdədir.

Yazıya sözardı...

 Aparılan müşahidələrdən göründüyü kimi, zeytunun  Abşeronda becərilməsi çox gözəl nəticə verir. Zığda salınmış zeytun plantasiyası buna canlı sübutdur. Bu qiymətli bitki Abşeronun bağlarına, parklarına, Bakı şəhərinin küçələrinə xüsusi ziynət verir, onları yaşıl dona bürüyür. Abşeronda yetişdirilən yüzlərcə ağac kol bitkiləri arasında o öz görkəmi ilə nəzəri cəlb edir.

Biz düşünürük ki, respublikamızda zeytun intibahının öncülü olan "Azərsun Holdinq" yanaşı digər şirkətlər qeyd olunan sahəyə sərmayə yatırmaqla ölkəmizdə zeytunçuluğun inkişafına xüsusi töhfələrini vermiş olacaqlar. Beləliklə , ölkə iqtisadiyyatının qeyri-neft sektorunda daha bir gəlirli sahə üçün perspektiv formalaşacaq ÜDM-in xüsusi çəkisində bu sektorun payı daha da artacaqdır.

 

Əli SƏLİMOV

"Yazı Azərbaycan Mətbuat Şurası "Azərsun Holdinq"in birgə keçirdiyi "Zeytun bağları" - Azərbaycan zeytununun şöhrəti" mövzusundakı  müsabiqəyə təqdim olunmaq üçün verilir".

Mövzunun istiqaməti: "Azərbaycan zeytunçuluğunun təbliği"

 





20.02.2014    çap et  çap et