525.Az

Suriya-Türkiyə sərhədində partlayış: azı 20 nəfər ölüb


 

Suriya-Türkiyə sərhədində partlayış: azı 20 nəfər ölüb<b style="color:red"></b> Fevralın 21-də gecə Türkiyənin Kilis Öncüpinar sərhəd keçid məntəqəsinin Suriya hissəsində  partlayış baş verib.
 
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Suriyanın Bab əs-Səlam rayonunda avtomobilə quraşdırılan bombanın partlaması nəticəsində azı 20 nəfər həlak olub.
 
Mənbə bildirib ki, bu bölgəyə Azad Suriya Ordusu nəzarət edir. Əl-Qadəyə bağlı «İraq Şam İslam Dövləti»  yaraqlılarının yük avtomobilinə quraşdırdığı bomba partlayıb.
 
Hadisə Türkiyə tərəfdə də vahimə yaradıb. Sərhədi keçən 50-yə yaxın yaralı Kilisdəki dövlət xəstəxanasına yerləşdirilib. 
 
 
Partlayışdan sonra Öncüpinar sərhəd- keçid məntəqəsinə giriş dayandırılıb.
 





21.02.2014    çap et  çap et