525.Az

Kiyevdə öldürülənlərin çoxu tələbədir, qurbanların sayı 90-a çatıb


 

Kiyevdə öldürülənlərin çoxu tələbədir, qurbanların sayı 90-a çatıb<b style="color:red"></b>

Fevralın 18-dən bəri Ukrayna paytaxtında etirazçılarla güc strukturları arasında qeydə alınan qarşıdurmalar zamanı həyatını itirənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər verilir.

Modern.az saytı Ukrayna KİV-lərinə istinadən bildirir ki, ən son məlumata görə, qarşıdurmalarda ölənlərin sayı artıq 89-a çatıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatında isə bu rəqəm 77 göstərilib. Kiyevdəki məhkəmə tibb ekspertiza bürosuna 67 nəfərin meyitinin gətirildiyi bildirilir. Maydandakı tibb məntəqəsində hazırda 22 meyit (onların əksəriyyəti 22-23 yaşlı tələbələrdir) var.

Maydandakı tibb xidmətinin məlumatında isə qeyd edilir ki, təkcə fevralın 20-də Kiyevdə 70-100 arası adam öldürülüb.

Bu günlər ərzində 577 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı, onların 369-nun xəstəxanalara yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, bu dəqiqələrdə də Ukrayna Prezident Administrasiyasında böhrandan çıxış yolunun tapılması üçün müzakirələr gedir. Ukrayna KİV-nin məlumatına görə, 8 saatdan çoxdur davam edən müzakirələrdə prezident Viktor Yanukoviçlə yanaşı xarici ölkələrin nümayəndələri də iştirak edirlər. Bir müddət əvvəl binadan çıxan Rusiyanın və Fransanın Ukraynadakı səfirləri Mixail Zurabov və Alan Remi müzakirələrin gedişi ilə bağlı hər hansı açıqlama verməyiblər.

 





21.02.2014    çap et  çap et