525.Az

Ukraynalı mer: "Qan tökülməsinin qarşısını alacaq lider yoxdur"


 

Ukraynalı mer: "Qan tökülməsinin qarşısını alacaq lider yoxdur"<b style="color:red"></b>

"Beynəlxalq aləm Avropanın mərkəzində Suriya hadisələrinin təkrarlanmasına yol verməməlidir"

Bu barədə APA TV-yə açıqlamasında Ukraynanın qərbində yerləşən Rava-Russkaya şəhərinin meri İrina Vereşuk deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, siyasətçilər sözün yaxşı mənasında bu vəziyyətə müdaxilə etməlidir: "Ukraynada vəziyyət çox pisdir. Dinc insanlara güllə atırlar. Fövqəladə vəziyyət elan edirlər. Bu, bizim üçün çox pisdir. Mən Avropa İttifaqı-Polşa ilə sərhəddə yerləşən şəhərin meriyəm. Onlar da çox narahatdırlar. Çünki hər yer yanır. İndi elə bir vəziyyətdir ki, bunun radikallar, milliyyətçilər, yoxsa hökumət qüvvələri tərəfindən edildiyi bilinmir".
 
Ukraynalı merin sözlərinə görə, insanlar sadəcə hüquqları və Avrointeqrasiya maraqları üçün küçələrə çıxıblar: "Bu gün səhər mənə zəng elədilər və hökumətin danışıqlara razı olduğunu bildirdilər. Ancaq indi belə bir məsələ var, artıq müxalifət Maydana və əlinə silah alan insanlara təsir edə bilmir. Yəni danışıqlara gedəcək tərəf yoxdur. Qan tökülməsinin qarşısını ala biləcək lider yoxdur".
 
İrina Vereşukun sözlərinə görə, insanlar elə bir vəziyyətə gətiriliblər ki, onlar yalın əllə polisə hücum edirlər. O, bütün bu hadisələrə beynəlxalq ictimaiyyətin müdaxiləsinin vacibliyini bildirib

 





21.02.2014    çap et  çap et