525.Az

Azərbaycan muğamı Niderlandda səslənəcək


 

Azərbaycan muğamı Niderlandda səslənəcək<b style="color:red"></b>

 Azərbaycan muğamını bir çox xarici ölkələrin səhnəsində səsləndirən xanəndə Qoçaq Əsgərov musiqiçi heyəti ilə Niderlanda səfər edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sənətçi Amsterdam və Utrixtdə konsert proqramı ilə çıxış edəcək.

Konsertlər layihə “RASA muziek dans” layihəsi çərçivəsində həyata keçirilir. Musiqiçilərimizin çıxışı oktyabrın 17-18-də olacaq. Azərbaycanlı təmsilçilər «Bayatı-Şiraz» dəstgahı ilə proqramın bir hissəsini təqdim edəcəklər. Eyni zamanda konsertin təşkilatçıları instrumental ifaya da yer ayırıblar. Belə ki, bu hissədə azərbaycanlı musiqiçilər tar, kamança və balaban musiqi alətlərində ifa edəcəklər.

 





17.10.2012    çap et  çap et