525.Az

Yanukoviç növbədənkənar seçkilərin anonsunu verdi


 

Yanukoviç növbədənkənar seçkilərin anonsunu verdi<b style="color:red"></b> Ukrayna prezidenti Viktor Yanukoviç səlahiyyətlərini parlament respublikası üçün bölüşdürməklə 2004-cü il konstitusiyasına qayıdış mexanizmini işə salacağını bəyan edib. Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, Yanukoviç asayişi bərpa etmək və qarşıdurmada növbəti qurbanlar verməmək üçün bu addımları atdığını bildirib.
 
O deyib: “Növbədənkənar prezident seçkisinə başlamaq, 2004-cü il Konstitusiyasına qayıdış mexanizmlərini işə salacağam. Hamını Milli Etimad Hökumətinin formalaşdırılması prosesinə başlamağa çağırıram. Ukrayna prezidenti və Konstitusiyanın qarantı kimi xalq, Ukrayna və Allah qarşısında dövlətin, insanların həyatının qorunması, sülh və yer üzündə əmin-amanlıq naminə borcumu yerinə yetirirəm”.
 
Qeyd edək ki, növbədənkənar prezident seçkisi və 2004-cü il konstitusiyasına qayıdışda müxalifət israrlıdır. Bu istiqamətdə danışıqlar fevralın 20-dən davam edir.
 





21.02.2014    çap et  çap et