525.Az

Ukraynada prezident və müxalifət liderləri arasında razılaşma imzalanıb


 

Ukraynada prezident və müxalifət liderləri arasında razılaşma imzalanıb<b style="color:red"></b>  Ukrayna prezidenti Viktor Yanukoviç və üç müxalifət lideri – Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok ölkədə yaranmış böhrana son qoyulmasını nəzərdə tutan saziş imzalayıblar.

APA-nın “Ukrainskaya pravda” qəzetinin saytına istinadən verdiyi məlumata görə, sazişə vasitəçi qismində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Polşanın xarici işlər naziri Radoslav Sikorski və Fransa XİN-in departament rəhbəri Erik Furnye də imza atıb. Digər vasitəçi ölkə olan Rusiyanın ombudsmanı, prezident Putinin xüsusi elçisi Vladimir Lukin sənədi imzalamaqdan imtina edərək mərasimə qatılmayıb.  
 
İmzalanma mərasimindən əvvəl O. Tyaqnibokun təklifi ilə son günlər ölkədə baş vermiş toqquşmalarda ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 





21.02.2014    çap et  çap et