525.Az

Bakıda mantu sınağı qoyulmuş şagirdlərin vəziyyəti pisləşib


 

Bakıda mantu sınağı qoyulmuş şagirdlərin vəziyyəti pisləşib<b style="color:red"></b> Bakı şəhəri Xətai rayonundakı 245 saylı orta məktəbdə şagirdlər arasında mantu sınağı vurulduqdan sonra bəzi şagirdlərin vəziyyəti pisləşib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov Trend-ə bildirib ki, onlar bununla əlaqədar 4 məktəblini 6 saylı Uşaq Klinik Xəstəxanasına gətiriblər.

Xəstəxanadan isə Trend-ə bildirilib ki, həmin şagirdlərin vəziyyəti hazırda yaxşı qiymətləndirilir. Xəstəxanadan deyilib ki, həmin şəxslər 8-ci sinif şagirdləridirlər.

245 saylı orta məktəbdən isə Trend-ə bildirilib ki, mantu sınağından sonra şagirdlərin vəziyyətinin pisləşməsinə səbəb allergiya olub.
Qeyd edək ki, mantu sınağına reaksiya verən məktəblilərin sayının 7 olduğu bildirilir.
 





17.10.2012    çap et  çap et