525.Az

Ukrayna Ali Radasının sədri istefa verib


 

Ukrayna Ali Radasının sədri istefa verib<b style="color:red"></b>

Ukrayna Ali Radasının sədri, Regionlar Partiyasının üzvü Vladimir Rıbak istefa verib.

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, V. Rıbakın istefasını parlamentin bu gün keçirilən iclasında onun müxalifətçi müavini Ruslan Koşulinski elan edib. O, sədrin xəstəliyi ilə əlaqədar istefa ərizəsi yazdığını bildirib.
 
Ali Rada sədrinin 1-ci müavini, Kommunist Partiyasının üzvü İqor Kaletnik də istefa verib. Onun istefası haqda bəyanatı da iclası aparan R. Koşulinski elan edib.

 





22.02.2014    çap et  çap et