525.Az

Həyat (esse)


 

Həyat <b style="color:red">(esse)</b>

Həyat! Bu sözün mənasını çox düşündüm, bir sözlə ifadə etmək çətindir. Dünya işığı görməmiş adama qırmızı, yaxud göy rəngi izah etməyin çətinliyi qədər.

Həyat bir tamaşadır, biz bu səhnədə rol alan aktyorlar.

Hər şey qoşa yaranıb. qara, gecə gündüz kimi, sevgi nifrət kimi.

Körpə şəklində dünyaya göz açırıq. Çoxumuz şanslı olub sağlam doğuluruq, bəs sağlam doğulmayanlar?

Korlar dünya gözəlliklərini görmür, karlar anasının sevgi dolu səsini eşitmir, şikəstlər küçədə oynayan, qaçan həmyaşıdlarına köks ötürürlər. Ədalətlidirmi bu?

Doğuluruq, dil açırıq, böyüyürük. On beş yaşa çatırıq. Məhz on beş yaş deyirəm, çünki mənim on beş yaşım var. Birimiz belə valideynlərimizə layiq olub-olmadığımızı düşünmürük. Bu mövzuda hamını qınamaq olmaz. Valideynlərimizi özümüz seçmirik.

Bu on beş il müddətində həm gülüb, həm ağlayırıq. Əvvəl valideynlərimizin öyüdlərini başa düşmürük. Sadəcə tez böyümək istəyirik. On beş yaşa çatanda sanki zaman durur. Bu öyüdləri başa düşdüyümüzü zənn edirik. Gələcəkdə alınacaq qərarlar haqqında düşünürük, sonra da əvvəl elədiklərimizi saf-çürük edirik.

Xatirələrimiz yaşadığımız neçə-neçə duyğularla doludur. Hər kəsin həyatda yaddaşa həkk olunası anları var. Bəzən gördüyün bir işlə qürur duyursan, özünü lap dünyanın sahibi hiss eləyirsən. Bəzən isə, kiçik bir səhvə utanırsan.

Həyat kompüterdə oynadığımız mərhələli oyun kimidir. Mərhələnin birindən digərinə keçməkdə zorluq çəkirik. Bu zorluqların içərisində belə qədər gözəlliyin olduğunu görmürük.

lll

Bir dəfə Höteborqa getmişdik. Azərbaycanlı ailələr bir yerə toplaşmışdılar. Onların yalnız birini tanıyırdım. Amma bu yad ölkədə hamısı mənə xalam, dayım kimi doğma gəlirdi. Şimal dənizinin sahilində böyük bir Azərbaycan süfrəsi açılmışdı. İsveç soyuq ölkədir. Bizim istiqanlı millətimiz bu soyuq yeri elə isitmişdilər ki, özümü bir anlıq Azərbaycanda hiss elədim.

Günortaçağı sahilə yaxın getdim, otun üstündə oturdum. Hava səriniydi. Ayaqlarının üstündə durmağa çalışan körpə bir uşaq diqqətimi cəlb etdi. Bir-iki adım atdıqdan sonra qumun üstünə yıxılırdı. Yenidən ayağa qalxıb bir daha cəhd edirdi. Ayaq üstə dayanmaq üçün göstərdiyi çaba mənə ləzzət edirdi.

Göy üzündəki quşlar da maraq doğururdu. Həmişə quş kimi azad olub uçmaq istəmişəm. Amma ən önəmlisi şüurumun olmasıdır. İstədiyim yerə uça bilmək istəyirəm.

Bu Günəş eynəyi 3D eynəklərinə bənzəyirdi. Hər şey insan haqqında film kimiydi, musiqi var idi. Ancaq bu film sadəcə 20 dəqiqə çəkdi. 20 dəqiqə sonra yenə həyat dayandığı yerdən davam etdi. Dəqiqələr göz yumub-açana qədər keçib gedir. İnsan bəzən çox xoşbəxt olanda zamanı tutub saxlamaq istəyir. Amma zamanın qarşısına heç birimiz keçə bilmirik.

Həyat qəribədir. Gözləmədiyimiz anda elə şeylər baş verir ki, bəzən bu həyatda gözəl bir yuxu, bəzən kabus olur.

Hinduizmə görə insan hər dəfə öləndə yenidən dirilir. Buna samsara deyirlər. Biz insanlar daş kimi yarana bilərdik. Amma insan olmaq xüsusi bir şeydir. Çünki bu həyatı dərk etmək xüsusiyyəti yalnız insanlarda var.

Mən yenidən doğuluşa inanmıram. Hər kəsə bir yaşam şansı verilir. Yaşam müddətində bir neçə şansımız olur. Lakin çoxumuz bu şansdan istifadə edə bilmir. İnsanlar yenidən doğulacaqlarına inansalar, heç kim yaxşılığa üz tutmaz. Həmişə pis yol görəndə maraq içini yeyər sən düşünərsən bir dəfə ilə olar? Gələn dəfəki həyatda etmərəm.

Özümüzü qruplara bölürük. Məsələn, müsəlman-xristian, ağdərili-qaradərili, kişi-qadın, gözəl-çirkin. Yalnız Allah üçün hamımız eyniyik.

bir gün həyat oyununun son mərhələsinə çatırıqÖlüm

Çox sevdiyimiz bir insan öləndə özünü yalqız hiss edirsən. Ürəyimizdə boşluq yaranır. Biz insanlar eqoistik. Sevdiyimiz biri öləndə belə ondan çox öz halımıza yanırıq

Bir müddət sonra yenə danışıb-gülürük. Əslində bu həyatdan vaz keçə bilmədiyimizin isbatıdır. Həyat bizsiz davam edir. Əslində bu, həyatdan vaz keçə bilmədiyimizin isbatıdır.

 





24.02.2014    çap et  çap et