525.Az

Moldovada gənclərin konfransı keçirilib


 

Moldovada gənclərin konfransı keçirilib<b style="color:red"></b>

15-16 oktyabr tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində gənclər siyasətinə cavabdeh olan ictimai və dövlət strukturlarının iştirakı ilə konfrans keçirilib.

525.az-ın məlumatına görə, konfrans zamanı panel görüşləri və Qaradəniz regionunun və Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasətinin reallaşdırılması sahəsində ilkin hesabatının tədqiqatına uyğun müzakirələr keçirildi. Konfransda Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Ukrayna, Moldova, Türkiyə, Bolqarıstan və Ruminyanın nümayəndələri iştirak etdi. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının  rəhbəri Şahin Seyidzadə “Azərbaycanda gənclərin məşğulluğu” mövzusunda çıxış etdi, gənclərin məşğulluğu sahəsində gənclər siyasətinin həyata keçirilməsi, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı, həmçinin Azərbaycan Gənclər Fondu haqqında məlumat verdi.

 


 

 





17.10.2012    çap et  çap et