525.Az

Viktor Yanukoviç axtarışa verilib


 

Viktor Yanukoviç axtarışa verilib<b style="color:red"></b>

Ukrayna Daxili İşlər Nazirliyi prezident vəzifəsindən kənarlaşdırılan Viktor Yanukoviçi axtarışa verib.

APA-nın “RBK-Ukraina”ya istinadən verdiyi məlumata görə, bu barədə öz “Facebook” səhifəsində daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov yazıb.
 
“Dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə bağlı cinayət işi açılıb. Yanukoviç və digər yüksək vəzifəli şəxslər axtarışa verilib”, - deyə o bildirib.
 
A.Avakov həmçinin qeyd edib ki, V.Yanukoviç dövlət mühafizəsindən imtina edib.

 





24.02.2014    çap et  çap et