525.Az

Əziz qardaşım – qəm dostum Yusif Kəsəmənli


 

Əziz qardaşım – qəm dostum Yusif Kəsəmənli<b style="color:red"></b>

Biz əvvəl qardaş-bacı idik, sonra dost olduq, sonra da Ülvi adlı dərd tonqalında qoşa çatılan alova döndük. 20 Yanvardan ötən bu 24 ildə Ülvi haqqında ancaq sakitcə, pıçıltı ilə danışardıq, qorun-qorun yanardıq. Bu dünyadan köçəndən iki-üç gün əvvəl baş-başa qalıb bir xeyli – 2 saat yarıma qədər dərdləşdik. Yaman çox tapşırıqlar verirdin, araya söz qatsam da, “dayan, hələ sözümü tamamlayım, sonra sənin dediyinə mən qulaq asaram”. Sən öləcəyini bilirdin, qardaş, mən isə yox, gizlədim, ölümünü heç ağlıma belə gətirmirdim. Ona görə qulaq asmaq istəmirdim, sən isə elə heydöşədin”. Canım qardaşım Yusif, könlümüzün dərinliklərində gizlədiyimiz ağrılarımızı, yaşantılarımızı bölüşdürə, paylaşdıra bilən dostlar idik. İndi dilim varıbəlim gəlməz ki, mən sənə Elegiya yazım. Amma nəsə yazmasam da ölürəm. Sadəcə səni, 20 Yanvarın 20 yaşlı Şəhidi şairyazıçı, tərcüməçidramaturq, publisist  milli azadlıq mücahidi əxlaqı, intellekti ilə seçilən tələbə Ülvi Bünyadzadənin atasını, əziz qardaşımıqəm dostumu oxucularıma tanıtmaq istəyirəm:

Yusif yeddiilliyi doğulduğu Kəsəmən kənd məktəbində, orta məktəbi isə Xanlar (indiki Göygöl) rayonunda bitirib Azərbaycan Neft Akademiyasında ali təhsilə yiyələnmişdi. İxtisasca dağ mədənləri geoloqu olan qardaşım peşəsinə qəlbən bağlı bir ziyalı idi. Bunu nədən bildim? Çünki o təbiətcə vurğun olduğu bir işin qulpundan ikiəlli tutan adam idi. Bakıda ali təhsilini tamamlayandan sonra Sibirəmədənlərlə bol olan Berezovski, Sverdlovski şəhərlərinə təyinatla göndərilmişdi. Arzusu aspirantura təhsili alaraq peşəsinin alimi olmaq idi. Lakin o, atası Qasım müəllimin təkidi ilə geriyəGöyçəyə qayıtdı. Məşhur Zod qızıl mədənində məsul vəzifəyəbaş geoloq-mühəndis vəzifəsinə təyin olundu, onda çox gənc idi. Ailə qurub bir müddət orada yaşadı. İlk övladı Ülvi Bünyadzadə Kəsəməndə doğulsa da, sonrakı iki övladı Zodda anadan oldular (məhz bu səbəbdən həmin kəsəmənli balalarının (Şövqi Könül) sənədlərində doğum yeri Zod kəndi göstərilir).

Yusif ali məktəbdə oxuduğu illərdə İnstitut qəzetinin müxbiri vəzifəsində çalışır. Onun gözəl xətlə yazdığı şeirləri, publisistik yazıları müəllimlərinin ilk vaxtlarda diqqətini cəlb edir, əvvəl fakültəyə aid qeydlər-xəbərlər, sonra isə institut məsələlərini əhatə edən yazıları ilə qəzetdə çap olunur, dərhal da qəzetin baş redaktorunun təklifi ilə orada işə götürülür. Yusif tələbə həyatı dövründə şairlər məclisinə üz tutur, İnstitutda keçirilən hər hansı bir məclisin, xüsusən ədəbi-bədii məclislərin aparıcı üzvlərindən biri olur. Bütün bu ictimai işlər onun şeir yazmaq istəyinə yeni bir həvəs gətirir. bir gözünü açır ki, o, geoloqluğundan qabaq sevimli dostları, yoldaşları arasında şair kimi tanınıb. Ali təhsil aldığı illərdə (50-ci illərin axırları 60- illərin əvvəli) milli azadlıq təbliğatçısı kimi suçlanıb bir neçə dəfə çiddi tənbehlənmişdi, hətta axırıncı dəfə ona busevdasındandaşınmayacağı halda institutdan xaric edilməsi haqqında yazılı xəbərdarlıq da edilmişdi.

Amma qeyd etdiyim kimi o, həyat yolunda sənətininpeşəsinin ardınca gedib. Bir müddət Zod qızıl mədənində baş geoloq-mühəndis işləyəndən sonra, əvvəllərBolluq uğrunda”, sonralar isəVardenisadı ilə dərc olunan rayon qəzetinə müxbirliyə dəvət alır. Onun hadisələri dəqiq şərhetmə qabiliyyəti baş redaktorun diqqətindən yayınmır. Baş redaktor rayonun nüfuzlu ziyalılarından sayılan Yunis Abdullayev idi. Ara-sıraSovet Ermənistanıqəzetində şeirləri dərc olunardı, bəli, dostlarının əlinə düşən şeirləri həmən mətbuat səhifələrində görünərdi. Heç vaxt özünü təqdim etmək iddiasında olmadı, belə işlər xarakterinə yad idi. Yadımdadır ki, Qəşəm Aslanov 1972- ci ildəAzərbaycan gəncləriqəzetinə baş redaktor təyin olunan kimi Yusifin şeirlərini qəzetin şənbə nömrəsində dərc etmişdi. Yeri gəlmişkən, kənd qonşumuz olan Qəşəm Aslanovun sinif müəllimi atam olmuşdu.

Əslində çap olunmaq Yusif üçün problem deyildi, problem onu o ovqata doldurmaq, o həvəsə gətirib çıxarmaq idi. Həmişə çap olunmaq imkanı olan Yusif şeir yazmasınasöz burulğanından xilas olmaq, mənən onu cəlb edən ya ondan xilas olmaq üçün bir vasitə kimi baxıb. Yusifin tələbə dövründə  yazdığı  iki şeir dəftəri məndədir. Oradan ilk vərəqdəki şeirin yazılma tarixi mənim anadan olduğum ilə təsadüf edir. “Göyçəadlı bir şeirdir:

Öz səsin var, nəfəsin var, vurğun könlün yazı Göyçə.

Saf ürəklər anasısan, ey dağların qızı Göyçə.

Dinlə məni yerin yarı, göyü dərdə salma barı.

Qoymur yata ulduzları, baxışının nazı Göyçə.

Ondan sonra yenə Vətən ünvanlı şeirlər, şeirlər... . Kitabçanın titul vərəqində yazılıb: KəsəmənBakıMoskvaBerezovskiSverdlovski. Gör, o dəftərdə neçə yurdun həsrəti misralanıb. Yenə o qənaətə gəlirəm ki, Yusif sadəcə coşubçağlayan şair qəlbini cilovlamaq üçün o misraları köməyinə çağırıb. Yoxsa, şair kimi özünü təqdim etmək həvəsində olsa, çoxdan ora-bura səpələdiyi, yazıb atdığı ya ən şirin xatirə olan tələbə bloknotlarını arayıbaxtarıb nəfis bir, iki, bilim qədərsə kitablarını nəşr etdirərdi. Hətta Ülvi oğlunun uca Şəhid adının tonqalında çatılmamışdan da əvvəl. Heç onda istədi, indi istədi. Bəlkə bu sirrini bilməsəydim heç belə bir yazıya da başlamazdım.

1971-ci il idi. Anam  minbir işinin içindən sıyrılıb Zoda YusifgiləŞövqi oğlu dünyaya gəlmişdi, onugörməyə”- gedirdi (Kəsəmənlə Zod kəndləri bir-birindən azı 30 km aralı idi). Ülvi yenicə dil açırdı bəzi sözləri deyirdi. Bizi görüb sevinirdi. Otağın o başbu başına tələsiktələsik iməkləyib, dönüb bizə baxırdı ki, onun sevincinə şərik olaq. İlk dediyi sözlərdən yadımda qalanı da var: çay qaşığınabəy--deyirdi. Qürurla baxırdı ki, baxın, söz deyə bilirəm. Anam Raufla məni aparmışdı. Biz ona da sevinirdik ki, başqa bir kəndə, özü zdanyaevə gəlmişik. Hər şey bizə qəribə gəlirdi. Ən qəribəsi o oldu ki,  gecə biz yatmağa hazırlaşanda Yusif  bir vərəqdə yazılmış şeiri verib dedi ki, bu şeiri sabah evə gedəndə Şəkibəyə verərsən (o vaxtlar ən çox istədiyi bacısı o idi). Birincisi, mənə o qəribə gəldi ki, şeir oxuyub məndən fikir öyrənir (onda 11 yaşın içindəydim), ikincisi şairliyin olduğunu gözümlə görürdüm, sonra da  dedi ki, bu şeiri bir gün yanında gizlədib sonra verə bilərsənmi, yəni söz saxlaya bilərsənmi? Ona əsl pioner kimi cavab verdim ki, bəli. Biz oraya 6 martda getmişdik. 7-si evə qayıdırdıq, 8-i sübh tezdən 8 Mart bayramı münasibəti ilə şeiri yiyəsinə verdim. Şəkibə (evdə onuŞəbəçağırırdıq) onda 9-cu sinifdə oxuyurdu.

Dağ mühəndisliyi həvəsiylə ailəsini götürüb Daşkəsənə köçdü. Orada filizsaflaşdırma kombinatında məsul vəzifəyə təyin edildi. İşlərini səhmanlayan kimi, rayon şairlər məclisini-ədəbi birliyini arayıb axtardı, elə onlar da Yusifi axtarırdılar. “İti qələmli bir nəfər var, yaman da şeirlər yazır” – deyə qələm əhli, söz qəhri çəkənlər onu soraqlayırdılar. Görüşdülər, söz məclisi qızışdı, bu söhbətlərin şirinliyi evdə balaca Ülvisini çəkdi, o, da getdi həmin məclisə. Şair olmaq iddiasıyla yox, sadəcə kənddənKəsəməndən təzə köçüb getmişdilər, bəlkə yurd kövrəkliyində idilər sözlə ovunmaq istəyirdilər.  Qoşqarədəbi birliyinin üzvləri Yusifin həmsöhbət, təsəlli ocağı oldu.

Bir gördü ki, rayon qəzetinin səhifələrindən Yusif Kəsəmənli imzası düşmür. Artıq gec ididostları onu mətbuat həlqəsinə salmışdılar. Əslində o, qələmdən ayrı dura bilmir, ona həmsöhbəti kimi yanaşırdı. Onunla dərdləşir, onunla bölüşür, mən biləni sidq ürəkdən dost bildiyi elə qələm idi.

Ürəyinə qübar endirən 20 Yanvaraəziz Ülvi balasına çoxlu – “Ülvisiz günlərimsilsiləsindən şeirlər yazdı. İlk şeirini isə 21 yanvarda (1990- il) – ağır bir məqamında yazıb mənə verdi ki, o biri otağa keçibyiyəsi oxuyum. Mən oxudumindi oxuyuram:

O, bir ağır elli idi,

O, dəsmalı güllü idi,

Mənim balam dilli idi,

Niyə dilsiz oldu, getdi.

O, bir təzə çiçək idi,

O, top qara birçək idi.

Mənim balam  göyçək idi,

Niyə rəngi soldu, getdi.

O, bir ərən igid oldu,

O, tarixə şahid oldu.

Ülvi balam şəhid oldu

El yolunda öldü, getdi.

Halbuki, 1974- ildəAzərbaycan gəncləriqəzetində dərc olunmuşHədiyyəşeirini Ülvi balasının doğulduğuna həsr edərək sevə-sevə yazmışdı:

Qızıl güldən dəstə tutcaq səadət,

Qızıl payız heyrət etdi geyindi,

Mən bilmədim gəlişinlə təbiət,

Boxçadakı zər donunu geyindi.

Səyyarələr cilvələnsin qoy bu gün,

Üzündədi, üzlərinin həyası.

Mən günəşdən pay ummuram nur üçün.

Gözlərindi gözlərimin ziyası.

Üzün gülsən, anan nazlı bir gözəl,

Bəxtiyardı taleyimin bu çağı.

Sənin totuq əllərindən öpüm gəl,

Əllərindi ümidimin dayağı.

Duzlu balam, unutma ki, illərə,

Vicdanını Günəş deyə verirəm.

Ürəyimsən, ürəyimi ellərə

Elə bil ki, mən hədiyyə verirəm.

İndi xatirələrə dönən o günlər necə şirin, dadlı-duzlu idi. Həyat elə acılı-şirinli günlərinə görə maraqlıdır. Gərək onun fəlsəfəsinin içinə elə daxil olasan ki, açının-şirinin sadəcə dünya yollarının enişi-yoxuşu kimi dərk edəsən. Onda da gərək yaşamağın mənasını Allahın qüdrət qələmində anlamaq məqamına dolasan, Allaha tapınanda, çox mözücələrin şahidinə çevrilirsən ...

Almaz ÜLVİ

P.S. Yusifin xoş günlərinin şahidi olan şeirlərindən yox, ağrılı-dərdli günlərini əks etdirən bir ağı-nəğməsini sizlərə təqdim edirəm. O ağı-nəğmədir ki, orada nakam balası Ülvisinə üz tutub deyir ki, “gün gələcək güləcəyəm, ... mənzilinə gələcəyəm”. Həmin günü axşamüstü Yusifin vəziyyəti kəskin şəkildə ağırlaşdı, elə o an ölümünü özü gördü, biz . Fürsəti əldən verməyən Yusif qardaşım şeirində dediyi kimi, gülə-gülə bizlərəətrafına toplaşan bütün bacı-qardaşlarına, balalarına-ailəsinə əl edərək vidalaşdı, bizlər gözümüzün yaşını gizlədib gülümsəyərək ona əl etdik beləcə, gülə-gülə oğlu Ülvinin ruhuna qovuşdu. Hər ikinizin ruhuna qurban olum.

    

Yusif KƏSƏMƏNLİ

Ülvisiz günlərimsilsiləsindən

Ömrüm boyu ağlayacam
Fikirlərə dala-dala.
Göz yaşımı gizləyəcəm
Ürəyimə sala-sala.
Çəkilməzdi vallah bu yük
Dörd yanına ha bax, döyük.
Nəfəsini boynubükük
Bənövşədən ala-ala.
Torpaq soyuq, əynin çılpaq,
Üşüsən döz bu sayaq.
Gələcəyəm sənə qonaq,
Gələcəyəm, bala, bala...
Kor olaydım, bu halını
Görməyəydim, birxalını”,
DinləyirəmVağzalı
Didələrim dola-dola.
Gün gələcək güləcəyəm,
Göz yaşımı siləcəyəm,
Mənzilinə gələcəyəm,
Tez-tez boylan yola, yola.
Gözlə hər gün, əziz bala.

Yusif
Bünyadov 2014- ilin 10 fevralında 68 yaşında vəfat etdi. Bakının Masazır kəndində atası Qasım müəllimin,  qardaşı Hüseyn həkimin bacısı Fənarın yanında dəfn olundu. Allah hamısına qəniqəni rəhmət eləsin.

12 fevral, 2014

 





24.02.2014    çap et  çap et