525.Az

İcazəsiz mitinqlərlə bağlı cərimələr layihəsi hazırlayan deputat danışdı


 

İcazəsiz mitinqlərlə bağlı cərimələr layihəsi hazırlayan deputat danışdı<b style="color:red"></b>

Milli Məclisin deputatı Rafael Cəbrayılov “Sərbəst toplaşma haqqında” və bununla əlaqadər İnzibati və Cinayət Məcəlləsinə dəyişiklilərlə bağlı təkliflər hazırlayıb və parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinə təqdim edib.

Bu barədə Modern.az-a millət vəkilinin özü bildirib.

“Adıçəkilən dəyişikliklər icazəsiz aksiyalar zamanı hüquqi tənzimləmələri həyata keçirmək üçün nəzərdə tutulub. Bu sahədə hüquqi tənzimləmələrə böyük ehtiyac var”-deyə deputat vurğulayıb.

R. Cəbrayılovun sözlərinə görə, hazırkı qanunda icazəsiz aksiyanın iştirakçısı ilə təşkilatçısı arasında fərq qoyulmur. 

“Amma bu şəxs daim belə qanunsuz aksiyalara çıxırsa, o zaman onun huquqi məsuliyyəti açıq qalır. Bu şəxs daim cərimə olunur və məsələ də bununla bitir. Odur ki, bu məsələdə hüquqi tənzimləmələrin təkmilləşməsinə böyük ehtiyac var”-deyə deputat vurğulayıb.

R.Cəbrayılov bildirib ki, qanunvericiliyə təklif etdiyi dəyişikliklərdə icazəsiz aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti fərqləndirilib.

Deputat qanuna ediləcək dəyişikliklərin vətəndaşların sərbəst toplaşma azadlığının məhdudlaşdıracağına dair ittihamaları rədd edib: “Bu dəyişikliklər qətiyyən belə bir halı nəzərdə tutmur”.

Qanuna edilən dəyişikliklərdə cərimələrin sərtləşdirildiyini etiraf edən millət vəkili bildirib ki, bu rəqəmlər KİV-də yazıldığı qədər deyil.

 





17.10.2012    çap et  çap et