525.Az

Yaxşı nədir, pis nədir


 

UĞURLAR VƏ PROBLEMLƏR BARƏDƏ BƏZİ DÜŞÜNCƏLƏR

Yaxşı nədir, pis nədir<b style="color:red"></b>

əməkdar jurnalist,
tarix elmləri doktoru       

Doğma Bakımız son illər dünyanın ən çox  inkişaf edən sürətlə dəyişən şəhərlərindən biri, bəlkə birincisidir. Dünyanın ən nəhəng şəhərləri belə Bakının dəyişməsinə gözəlləşməsinə  qoyulan orta illik  investisiyaya həsəd apara bilər. Son vaxtlar istifadəyə verilmiş  yeni-yeni genişzolaqlı yollar, körpülər, yol ötürücüləri, bir-birindən yaraşıqlı binalar, rahat mehmanxanalar, gözoxşayan parklar, meydanlar yeraltı dayanacaqlar hər birimizin  ürəyincədir. Azərbaycanın dostları bütün bunları  görərək sevinir, düşmənlərimizinsə, yəqin ki, ürəyindən qara qanlar axır. 

Təbiidir ki, bütün bu uğurlar hər şeydən öncə ölkə Prezidenti möhtərəm İlham Əliyevin  paytaxtımızın  sosial-iqtisadi mədəni yüksəlişinə  olan gündəlik qayğı diqqətinin  bəhrəsidir. Allah da şahiddir ki,  Prezidentimiz  vaxtaşırı Bakını az qala  qarış-qarış gəzir, tikinti, abadlıq  quruculuq işlərinin  gedişi yekunları ilə şəxsən tanış olur. Mühüm obyektlərin demək olar ki, əksəriyyətinin təməlqoyma açılış mərasimlərində iştirak edir, özünün təkliflərini, tövsiyə iradlarını bildirir.

Bakı sakinləri öz növbəsində  Prezidentin paytaxtımızın sosial-mədəni  simasının daha da yaxşılaşdırılmasına olan  son dərəcə həssas qayğıkeş münasibətini olduqca yüksək qiymətləndirirlər. Bu, günümüzün  reallığıdır.  Bu, ölkə rəhbərinin gördüyü görmək əzmində olduğu  işlərlə  xalqın arzu istəklərinin üst-üstə düşdüyünün bariz nümunəsidir.

Əfsuslar olsun ki, bütün bu uğurların  hər yanda  müşahidə olunan  müsbət dinamikanın  fonunda bəzi məmurların  arxayınçılığı, səriştəsizliyi, səhlənkarlığı  ucbatından  ayrı-ayrı sahələrdə ətalət süstlük, təsərrüfatsızlıq   biganəlik  halları da gözə dəyməkdədir. Məsələn, neçə vaxtdır ki, Bakının müxtəlif ərazilərində paytaxtımızın gələcək simasını müəyyən edəcək çox  mühüm infrastruktur layihələri icra olunmaqdadır. Əlbəttə, bu layihələrin əhəmiyyəti aktuallığına söz ola bilməz. Ayrı-ayrı küçələr, meydanlar, parklar, hətta bütöv məhəllələr  başdan-başa abadlaşdırılaraq  yenidən qurulur. Yeni-yeni körpülər, yol qovşaqları ötürücüləri, yeraltı yerüstü  keçidlər inşa edilir, şəhərin elektrik, qaz, su   kanalizasiya infrastrukturları demək olar ki, bütünlüklə yeniləşdirilir. Bir sözlə, Bakı gözlərimiz önündə az qala hər gün bir az da böyüyür, abadlaşır daha da  gözəlləşir. Amma bütün bunlarla yanaşı onu da etiraf etməliyik ki, həmin layihələrin icra tempi, icra ardıcıllığı keyfiyyəti heç həmişə  sakinləri qane etmir. Bax, bir bakılı kimi, bir ziyalı kimi  məndə narahatçılıq yaradan bu sətirləri qələmə almağa məcbur edən məhz bu sahədə az qala hər gün müşahidə etdiyim lənglik, ətalətdir. Bilirsiniz, ayrı-ayrı obyektlərdə inşaatçılar hər gün saat neçədə işə başlayırlar? Saat 9-10 radələrində! O vaxt ki, artıq uşaqları anaları baxçaya aparırlar.  Bəs həmin inşaatçıların vaxtı zaman bitir?  Elə həmin uşaqları anaları baxçadan götürüb evə aparanda. Bəzi yerlərdə hələ bundan da tez. Bazar bayram günlərində əksər yerlərdə getmir.

Ay əzizlərim,  axı belə olmaz. Görün, vaxtdır ki, şəhərin bir sıra mühüm prospekt, küçə yolları bağlıdır. Həmin yerlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldığından digər küçə yollarda  intensivlik artıb. Bu səbəbdən ayrı-ayrı istiqamətlərdə bütün günü tıxac əlindən hərəkət etmək olmur. qədər tıxac şəraitində yaşamaq olar? Buna insan, texnika dözər. Belə olan halda işin intensivliyini artırmaq olmaz?!  Olmaz ki, Bakı küçələrində abadlıq, quruculuq yenidənqurma işləri ən azı iki növbəli rejimində aparılsın?! Məgər texnika çatmır? Yoxsa, vəsait qıtlığı var?! 

Köhnə əyyamda hansısa bir küçədə su, qaz ya kanalizasiya xətlərində təmir-tikinti işləri adətən gecələr aparılırdı. Gecə yatırdıq, səhər duranda görürdük ki,   küçəmizə asfalt vurulub. İndi baş verib? Gecələr qısalıb? Yoxsa insanlar tənbəlləşib? Yox,  məncə əsas səbəbi işin  düzgün təşkil olunmamasında axtarmaq gərəkdir.

Yolları abad etmək Bakı şəhər İcra Hakimiyyətinin  , Nəqliyyat Nazirliyinin , digər aidiyyatı dövlət strukturlarının da vəzifə borcudur. Bunu etdiklərinə görə sağ olsunlar. Amma heç kəsin haqqı yoxdur ki, 2-3 aya görüləsi işi aylarla uzatsın.

Ayrı-ayrı  vaxtlarda şəhər təsərrüfatında baş verən bəzi ciddi olaylar, xüsusən irimiqyaslı qəzalar, yanğınlar partlayış halları təbiidir ki, sağlam düçüncəli insanları çox düşündürür. İlk baxışda düşünmək olar ki,  hadisədir. Necə deyərlər, olacağa çarə yoxdur. Dünyanın hər yerində  belə bundan daha ciddi  olaylar baş verir. Amma bununla belə, gəlin razılaşaq ki,  belə olayların harada zaman baş verməsindən asılı olmayaraq, onların kökündə duran əsas səbəblərdən birisi   vəzifəli məsul şəxslərin arxayınçılığı səhlənkarlığıdır. Əmin edirəm ki, arxayınçılıq  səhlənkarlıq olmayan yerdə heç zaman  gözlənilməz  arzuolunmaz  olaylar baş verə bilməz. Ona görə hər yerdə bütün vəsilələrdə istehsalat intizamını möhkəmlətmək tələb olunur. Amma bu da yetərli deyil. Gərək cəmiyyət fəal olsun. Hər şeyi dövlətdən, hökumət rəsmilərindən ummaq düzgün olmazdı. Ətrafımızda baş verənlərə hər kəs tərəfindən ən azı  vətəndaş mövqeyindən  münasibət sərgilənməlidir. Unutmayaq ki, vətəndaşın passivliyi biganəliyi hər yanda ətalət arxayınçılığın  kök salması  üçün şərait yaradır.  Doğrudur, bəzi məmurlar elə eyforiyadadırlar ki, onlara artıq heç təsir etmir.  Elə məmurlar  var ki,  aylarla getsən qəbuluna  düşmək mümkün deyil. Belələri hətta vətəndaşların  yazılı müraciətlərinə belə məhəl  qoymur. Bu yerdə təqribən bir il öncə Bakı şəhərinin meri, çox hörmətli Hacıbala  Abutalıbova ünvanladığım məktubdan bəzi  məqamları yada salmaq istərdim. Məktubda yaşadığımız  binanın  ətrafının  qanunsuz tikililərlə bərbad görkəmə salındığından, ərazidəki ağacların  günün günorta çağı  kəsilərək köklərinin ekskavatorla çıxarıldığından bəhs olunurdu. Söhbət  Bakının şimal qapısı hesab olunan ərazidə, Mir Cəlal küçəsinin başlanğıcında, cəmisi bir neçə il öncə istifadəyə verilmiş yeni  çoxmərtəbəli binanın  ətrafındakı  eybəcərlik qanunsuzluqlardan  gedirdi. Narahatçılıqla bildirilirdi ki, əgər binamızda  hər hansı yanğın ya digər bir fövqəladə  hadisə baş verərsə, oraya müvafiq  texnikanın  yaxınlaşması qeyri-mümkündür. Müraciətimin nəticəsi o oldu ki, günlərin bir günü qapımıza polis gəldi rəisinin məni çağırdığını bildirdi. Doğrusu, hələ anlaya bilmirəm ki, mənim şəhər merinə  müraciətimdə toxunulan məsələlərin polisə aidiyyatı var?  Axı, həmin məsələlər sahə müvəkkili səviyyəsində həll olunası  məsələlər deyil!

Tam səmimiyyətlə deməliyəm ki, mən şəhər merinə məktubu  ona görə yazmamışdım ki,  binamızın ətrafını abadlaşdırsınlar. Hərçənd ki, bunun özü   haqlı normal bir istəkdir. Bir daha təkrar edirəm ki, məni narahat edən əsas məqam  ətrafı qanunsuz   yöndəmsiz tikililərlə  hörümçək toru kimi qapanmış binada  yaşayan insanların təhlükəsizliyi şəhərimizin şimal qapısı hesab edilən ərazinin primitiv görkəmi idi.

Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, habelə digər rəsmi strukturların sakinlərin müraciətlərinə biganə münasibətinin nəticəsi o oldu ki, sözügedən binanın lap eyvanının dibində yeni bir çoxmərtəbəli bina ucaldıldı. Ərazidəki qanunsuz zəbt tikililərin sayı isə daha da artdı. Yaşadığımız çoxmərtəbəli binanın qaraj üçün nəzərdə tutulan zirzəmisinin təyinatı dəyişdirilərək satıldı.  Beləliklə, ərazidə şəhərsalma normalarının tələbləri  baxımından vəziyyət daha dözülməz həddə gətirildi. Sakinlər isə bütün bunların acı nəticələrini çox da gözləməli olmadılar. Belə ki, son vaxtlar binamızda  bir-birinin ardınca iki dəfə fövqəladə hadisə baş verdi. Birinci halda, binada yanğın oldu. İkinci halda isə, qapıları bağlı mənzildə qalmış xəstə gənci təcili olaraq xilas etmək zəruriyyəti yarandı. Hər iki halda Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası binanın həyətinə daxil ola bilmədi bu səbəbdən həm yanğınsöndürənlər, həm xilasedicilər çox ciddi problemlərlə üzləşdilər.    Maraqlıdır, görəsən, qeyd olunan ərazidə, lap elə belə vəziyyətdə olan digər ərazilərdə yaranan dözülməz vəziyyətə şərait yaradan  rəsmi şəxslər qurumlar hansı  qanunlarla, hansı normativlərlə işləyir?! Görünür bəzi məmurların  nəfsi gözlərini tutub. Buna sübut olaraq başqa misallar da göstərə bilərəm. Məsələn, necə olub ki, Şərifzadə küçəsindəki beşmərtəbəli binaların qarşısında, ("Günəş" petrola yaxın ərazidə) piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə yeni ticarət obyektləri peyda olub?! Yaxud, 20 Yanvar dairəsi ətrafında, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun hasarı boyunca olan ərazidə sıxlığı daha dözülməz həddə çatdıran yeni-çoxsaylı ticarət - iaşə obyektlərinə ehtiyac vardımı? Həmin ərazidən avtobuslar üçün  dayanacaq yeri kimi istifadə olunması daha məqsədəuyğun olmazdımı?! Belə olsaydı sözsüz ki, bəhs edilən ərazidə bir növ xroniki hal alan tıxac problemi bir qədər nizama düşərdi. Yəqin ki, mənim bu sözlərimə etiraz  edənlər tapılacaq. Amma yaxşı olar ki, belələri əvvəlcə özlərinin qanunsuz qərarlarına onun nəticəsi olan yersiz yöndəmsiz obyektlərə nəzər salsınlar.

Məmurların vətəndaşların problemlərinə müraciətlərinə biganə səhlənkar  münasibətindən  xəbər verən  çoxlu digər misallar da çəkə bilərəm. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin  yüksək çinli məmurlara xatırlatdığı "Vəzifə xalqa, insanlara  xidmət  üçündür" kəlamını, görünür bəziləri unudublar. Odur ki, "Azərbaycan Respublikası regionlarının  2009-2013- illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü  ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində cənab Prezident yenidən bu mövzuya toxunmağı vacib bilmişdir: "Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz".  Amma əfsuslar olsun ki, ölkə başçısının nitqində qeyd olunduğu kimi "bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir".

Hesab edirəm ki, ölkə  rəhbərinin  tapşırıq, göstəriş tövsiyələrini  unudanlara,  yaxud da  sadəcə onu qulaq ardına  vuranlara  bir an belə ləngimədən  öz yerləri göstərilməlidir. Azərbaycanda  onların yerini tuta biləcək  işgüzar, vicdanlı, prezidentə, dövlətə dövlətçiliyimizə  sadiq  insanlar istənilən qədərdir.  Yetər ki,  vəzifələr məhz belə insanlara etibar olunsun.

Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Çünki sabit dinamik inkişaf yolunda  olan müstəqil Azərbaycanı  qurub-yaradan, onu xalqımıza ərməğan edən məhz ulu öndər  Heydər Əliyev oldu. Möhtərəm Prezidentimiz  İlham Əliyevin  təbirincə desək, bəli, "Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir". Biz Prezidentimizə  minnətdarıq ki, o, doğma respublikamızın ulu öndərin müəyyən etdiyi strateji yolla irəliləyərək  inkişaf etməsi daha da çiçəklənməsi  üçün əlindən gələni edir. Məhz Prezident  İlham Əliyevin  rəhbərliyi ilə yeridilən  qətiyyətli balanslaşdırılmış  daxili xarici siyasət xətti Azərbaycana hər gün yeni-yeni uğurlar bəxş edir. Xalqımız yaxşı bilir ki, bəli, bütün sahələrdə əldə olunan uğurların böyük bir qismi birbaşa məhz cənab Prezidentin şəxsi fəallığı, daha dəqiq desək  fədakarlığı sayəsində  əldə olunub. Yəni, Prezidentimiz dövlət rəhbəri olaraq özünün  intellekti bacarığı, idarəçilik səriştəsi, qərarlarında çevik, ədalətli, ardıcıl prinsipial olması ilə yanaşı, həm sadəliyi, səmimiliyi, mediaya çox yaxın açıq olması, ən başlıcası xalqımıza xas olan  milli-mənəvi dəyərlərə qəlbən bağlılığı ilə hər kəsə  nümunədir. Amma əfsuslar  olsun ki, dövlət başçısının  komandasında olan bəzi yüksək çinli məmurlarda bu keyfiyyətləri görmürük. Ola bilsin ki, kimlərinsə təcrübəsi, fiziki intellektual potensialı kifayət etmir. Şübhəsiz, belələri var. Amma özündən, mövqeyindən, işindən ümumiyyətlə respublikada işlərin rəvan getdiyindən arxayınlaşaraq özünə vəziyyətə nəzarəti itirən, tabeliyində olan insanlara yuxarıdan aşağı baxan, ailə üzvləri meşşan həyat tərzi keçirən məmurlar da az deyil. Əslində cəmiyyəti narahat edən irili-xırdalı problemlər çox zaman elə bu kimi səbəblərdən yaranır.

Azərbaycan dünyanın siyasi xəritəsində özünə yer alan  ən gənc dövlətlərdən biridir. Dövlət müstəqilliyimizin bərpasından ötən illər  ərzində respublikamız dünyanı heyrətə salan bir sıra çox ciddi  uğurlara imza atıb. Uğurlar  bu gün davam etməkdədir. Amma gəlin onu da unutmayaq ki, doğma Azərbaycanımızın  problemləri böyükdür. Böyük dövlətlərin Qarabağ problemi ətrafındakı məkrli oyunları Azərbaycanın azad demokratik bir ölkə olaraq inkişafına çox ciddi surətdə mane olur. Ətrafımızda hər an bizi istəməyənlərin, uğurlarımıza  qısqananların nəhayət, açıq-aşkar düşmənçilik  edənlərin olduğunu necə unutmaq olar?! Bütün bunlar hər birimizdən, özü hər an Vətən üçün müsəlləh əsgər kimi  səfərbər olmağı tələb edir.

 





25.02.2014    çap et  çap et