525.Az

Türkiyənin hakim partiyası seçki hüququ üçün yaş senzini azaltmaq niyyətindədir


 

Türkiyənin hakim partiyası seçki hüququ üçün yaş senzini azaltmaq niyyətindədir<b style="color:red"></b> Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası seçki orqanlarına seçilmək üçün yaş senzini 18 yaşadək azaltmaq barədə qanun layihəsini parlamentin müzakirəsinə təqdim etmək niyyətindədir.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğanın sözlərinə görə, belə təcrübə Avropa ölkələrində də mövcuddur. O, həmçinin əlavə edib ki, əgər 18 yaşda cinayət məsuliyyəti başlayırsa, həmin yaşda parlamentin deputatı və ya digər seçki orqanlarına seçilməyin mümkün olmaması məntiqsizdir.

"Hakim partiya əmindir ki, Türkiyənin müxalifət partiyaları da bu layihəni dəstəkləyəcəklər", - o deyib. Qeyd edək ki, Ərdoğan dəfələrlə bəyan edib ki, Türkiyədə demokratik islahatlar çərçivəsində seçki hüququ üçün yaş senzi azaldılacaq.
 





17.10.2012    çap et  çap et