525.Az

Yanukoviçin Rusiyada olduğu xəbəri yayıldı


 

Yanukoviçin Rusiyada olduğu xəbəri yayıldı<b style="color:red"></b> Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç övladları ilə birlikdə Rusiyadadır.
 
APA-nın xəbərinə görə, bu məlumatı Ukrayna kütləvi informasiya vasitələri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.
 
Yanukoviçin Donetskdə milyarder Rinat Axmetovun evində gecələdiyi, Krımda isə müdafiə naziri Pavel Lebedevin evində yaşadığı məlum olub.
 
Bu arada daxili işlər nazirinin səlahiyyətlərini icra edən Arsen Avakov bəyan edib ki, Yanukoviçin Krımda həbs edilməsinə müəyyən siyasi amillər mane olub.
 
“Biz durumu gərginləşdirməmək və qonşu ölkəyə əsas verməmək üçün Yanukoviçlə bağlı sərt addımlar atmadıq”, - deyə o vurğulayıb.
 





26.02.2014    çap et  çap et