525.Az

Hillari Klinton: “Səfirin öldürülməsinə görə mən məsuliyyət daşıyıram”


 

Hillari Klinton: “Səfirin öldürülməsinə görə mən məsuliyyət daşıyıram” <b style="color:red"></b>

ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivensin öldürülməsi ilə əlaqədar dövlətin baş katibi Hillari Klinton məsuliyyəti öz üzərinə götürüb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, respublikaçıların cümhuriyyətçilər tərəfindən sərt tənqid olunduğuna münasibət bildirən ABŞ-ın dövlət katibi belə açıqlama verib: “ABŞ-ın Xarici İşlər Nazirliyinin dünyanın hər nöqtəsində 275 vəzifədə çalışan 60 mindən artıq nümayəndəsi var. Onların hər birinə görə mən məsuliyyət daşıyıram”.

Ötən ay ABŞ-ın Benqazi səfirliyinə edilən hücumda səfir Stevens və üç amerikan səlahiyyətlisinin ölümü ölkədə qızğın müzakirələrə səbəb olub. Benqazi səfirliyinin təhlükəsizliyi məsələsi Konqresdə dəfələrlə müzakirəyə çıxarılsa da Xarici İşlər Nazirliyi tərəfindən rədd edilmişdi.

Qeyd edək ki, konqres Xarici İşlər Nazirliyinin Benqazi konsulluğunun təhlükəsizlik tələblərini dəfələrlə rədd edib.

Nigar Məhərrəm

 





17.10.2012    çap et  çap et