525.Az

Yanukoviç Rusiyadan kömək istəyib


 

Yanukoviç Rusiyadan kömək istəyib<b style="color:red"></b> Yanukoviç Rusiyadan kömək istəyib.

Apa.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə o bu gün yaydığı bəyanatında bildirib.
 
V. Yanukoviç onun ölkədə hakimiyyəti ələ keçirmiş “ekstremistlər”in əməllərindən qorumaq üçün Rusiyadan yardım da istəyib.
 
Eks-prezident Ali Radanın qəbul etdiyi qərarların qeyri-legitim olduğunu vurğulayıb.
 
V. Yanukoviç bildirib ki, onu və tərəfdarlarını qisas almaqla hədələyirlər. O, Ukraynada vəziyyəti hüququ müstəviyə qaytarmağa çağırıb və özünü ölkənin qanuni rəhbəri hesab etdiyini deyib.
 
“Əminəm ki, bu şərtlərlə qəbul olunan bütün qərarların qeyri-effektiv olduğu ən qısa zamanda məlum olacaq, həmin qərarlar icra olunmayacaq”, - deyə V. Yanukoviç vurğulayılb.
 





27.02.2014    çap et  çap et