525.Az

Zaur Hüseynov: "Yaxşılığa doğru hər şey olacaq"


 

Zaur Hüseynov: "Yaxşılığa doğru hər şey olacaq"<b style="color:red"></b>


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynov Lent.az-a danışıb. O Lent.az-a açıqlamasında bildirib ki, sərəncamla səhər saatlarında tanış olub: “Sərəncamdan səhər xəbər tutmuşam. Məni yeni vəzifəyə təyin etdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm”.
 
“Metropolitendə hər hansı kadr dəyişikliyi olacaqmı” sualına Z. Hüseynov belə cavab verib: “Yaxşılığa doğru hər şey olacaq”.
 
Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və yeni quruma “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində I müavin işləmiş Z. Hüseynov təyin olunub.

 





27.02.2014    çap et  çap et