525.Az

AMEA-da bir neçə institutun adı dəyişdirildi


 

AMEA-da bir neçə institutun adı dəyişdirildi<b style="color:red"></b> Akademiyada 3 yeni institut yaradılır
 
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi elmi müəssisələrin adları dəyişdirilib. AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu barədə RH-nin bu gün keçirilən iclasında qərar qəbul olunub.
 
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin iclasında bildirib ki, elm və texnologiyanın inkişafı, yeni elmi istiqamətlərin meydana çıxması Akademiyanın nəzdindəki bəzi institutların fəaliyyətinin genişlənməsi ilə müşayiət olunur. Bu, AMEA-nın strukturunda islahatlara ehtiyac yaradıb.
 
İclasda Neft və Qaz Elmi Tədqiqat İnstitutu, Dünya Siyasəti İnstitutu və Elm Tarixi İnstitutunun yaradılması məqsədi ilə zəruri tədbirlərin icrası haqqında qərarlar qəbul olunub. Həmçinin qərara alınmışdır ki, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından “sosiologiya” sözü götürülsün, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, İn­san Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılsın.
 





27.02.2014    çap et  çap et