525.Az

Ərdoğan Fətullah Güləni Türkiyənin daxili işlərinə qarışmamağa çağırır


 

Ərdoğan Fətullah Güləni Türkiyənin daxili işlərinə qarışmamağa çağırır<b style="color:red"></b> Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni (hazırda ABŞ-da yaşayan din xadimi) ölkənin daxili işlərinə qarışmamağa çağırıb.

Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Baş nazir qeyd edib: "Xoca [F.Gülən - red.] siyasətə qoşulmaq istəyirsə, bunu demokratik yolla etməlidir".
R.T.Ərdoğan əlavə edib ki, F.Gülən doğru olduğuna əmindirsə, ABŞ-dan Türkiyəyə qayıtsın.
Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.

Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.
Baş nazir qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: "Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var".

Bütün bunlarla yanaşı, R.T.Ərdoğan ABŞ-ı F.Güləni dəstəkləməkdə günahlandırır.
 





27.02.2014    çap et  çap et