525.Az

Vətəndaş cəmiyyəti və onun qurulmasında qeyri-hökumət təşkilatlarının rolu


 

Vətəndaş cəmiyyəti və onun qurulmasında qeyri-hökumət təşkilatlarının rolu<b style="color:red"></b>

Azərbaycan dövləti ölkədə vətəndaş cəmiyyəti institutlarının formalaşmasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir.

Çünki hər iki amil güclü dövlətin əsas meyarlarından biridir. Lakin bu, bir faktdır ki, istər indi, istərsə keçmiş dövrlərdə bütün dünyada vətəndaş cəmiyyətinin problemləri kifayət qədər olub. Əsrlər boyu bəşəriyyətin ən dahi insanlarının diqqət mərkəzində olan vətəndaş cəmiyyəti problemi fundamental elmi problemlər sırasında özünəməxsus yer tutur. Sözügedən problem dövlətin yaranması cəmiyyətdəki insan fəaliyyətinin dövlət qeyri-dövlət sahəsinə bölünməsi ilə meydana gəlib. Məhz o zamandan hakimiyyətlə cəmiyyətin münasibətləri ən ümdə məsələlərdən birinə çevrilib, dəfələrlə çoxsaylı sosial münaqişələrə, siyasi çevrilişlərə inqilablara səbəb olub. Bütün bunlarla yanaşı müasir zamanımızda da haqqında danışılan problem dünyanın bir çox ölkələrində cərəyan edən qlobal ictimai dəyişikliklərin təməlini təşkil edir dünya birliyinin inkişaf perspektivlərini müəyyənləşdirir.

Ümumiyyətlə, "vətəndaş cəmiyyəti" anlayışı XVII əsrdə, Q.Qrosinin, T.Hobbsun, J.Lokkun əsərlərində təklif edilib. Amma bu anlayışın sələfləri daha öncə mövcud olublar. XVIII əsrdə isə C.C.Russonun, Ş.L.Monteskyenin, V.Fon Qumboltun yaradıcılığında inkişaf etdirilib. Onlar artıq vətəndaş cəmiyyətini mövcud dövlətlə yaxud dövlət idarəçiliyinin real formaları ilə eyniləşdirmirdilər.

Keçmiş alimlərin vətəndaş cəmiyyəti haqqında irəli sürdükləri bəzi fikirləri diqqətə çatdırmaq maraqlı olar.

N.Makiavelli: "Siyasi orqanizmin mahiyyəti itaətlə (dövlətə) azadlığın (assosiasiyada, cəmiyyətdə) tənzimlənməsindən ibarətdir. Xalq suverenliyi dövlətlə müqayisədə daha üstündür, xalq mütləqiyyəti devirmək hüququna malikdir".

Ş.Monteskye "Qanunların ruhu haqqında" adlı əsərində vətəndaş cəmiyyətini tarixi inkişafın məhsulu hesab edir. O, bu əsərində belə deyib: "Vətəndaş cəmiyyəti təbii hal, ailə qəhrəmanlıq dövrlərindən sonra bəşəriyyətin inkişafında dördüncü mərhələdir". Ş.Monteskye hesab edir ki, dövlət vətəndaş cəmiyyətinə xasdır, lakin onunla eyni deyil.

İ.Kant: "Vətəndaş cəmiyyəti aşağıdakı prinsiplər üzərində təşəkkül tapıb; 1. Cəmiyyətin hər bir üzvünün azadlığı; 2. Onun digərləri ilə vətəndaş hüquqlarında bərabərliyi; 3. Cəmiyyətin hər bir üzvünün vətəndaş kimi azadlığı".

F.Hegelin isə vətəndaş cəmiyyəti ilə bağlı fikirləri belədir: "Vətəndaş cəmiyyəti dövlət müstəqil, lakin əlaqəli institutlardır. Vətəndaş cəmiyyəti ailə ilə birlikdə dövlətin bazisini təşkil edir. Dövlətdə vətəndaşların ümumi iradəsi cəmlənib. Vətəndaş cəmiyyəti isə ayrı-ayrı fərdlərin xüsusi maraqlar sahəsidir".

Onların irəli sürdükləri nəzəriyyəyə əsasən, yaranmasında yalnız bütün vətəndaşların iştirak etdiyi itaət etməyə söz verdikləri hökumət qanunidir (dövlətin razılıq yolu ilə yaranması nəzəriyyəsi). Lakin bu nəzəriyyənin tərəfdarları yaxşı anlayırdılar ki, həqiqətdə dövlət vətəndaş cəmiyyətini özünə tabe edir, bir çoxlarının dünyada yeganə hakimiyyət növü kimi qəbul etdiyi mütləq monarxizm, əslində vətəndaş cəmiyyəti ilə ziddiyyət təşkil edir deməli, vətəndaş idarəetməsi forması rolunda çıxış edə bilməz. Bu isə o deməkdir ki, hələ o dövrdə "vətəndaş cəmiyyəti" anlayışı özündə vətəndaşların razılığı, maraqlarının hesabatı həyata keçirilməsi kimi məhfumları cəmləyirdi.

Vətəndaş cəmiyyəti - obyektiv reallıqdır. Onu hansısa siyasi rejim ləğv etmək, ki, aradan qaldırmaq gücündə deyil. Bu ya digər vətəndaş cəmiyyətinin inkişaf səviyyəsi onun müxtəlif mərhələlərdə məğzini təşkil edən ictimai əlaqələr münasibətlərdən birbaşa asılıdır. Hakimiyyət vətəndaş cəmiyyətinin formasını dəyişdirə, onun elementlərinin fəaliyyətini məhdudlaşdıra bilər, fərdlərin sosial təbəqələrin muxtariyyətini müstəqilliyini minimum səviyyəyə endirə bilər, lakin dövlət insanların maddi mənəvi həyatını, sosial qrupları, sosial obyektlərə xas olan fəallığı məcburi ləğv edə bilməz. Başqa sözlə desək, dövlət bu iqtidara malik deyil.

Vətəndaş cəmiyyəti - insana vətəndaş hüquqlarını reallaşdırmaq imkanı yaradan, cəmiyyət üzvlərinin müxtəlif maraqlarını, ehtiyaclarını dəyərlərini ifadə edən qeyri-dövlət, ictimai əlaqələr institutlar sistemidir. Vətəndaş cəmiyyəti dövlətdən təcrid edilmiş istənilən formada onunla müxalif olan hansısa sosial məkan deyil. Əksinə, vətəndaş cəmiyyəti dövlət bir-birilə sıx əlaqədədir. Çünki dövlət icimai həyatda idaretmə vasitəçi funksiyaları həyata keçirərkən, vətəndaş dəyərləri institutları ilə əlaqədə olmağa məhkumdur. Başqa sözlə ifadə etsək, dövlət bu məsələdə həddindən artıq maraqlıdır. 

Vətəndaş cəmiyyətinin əsas atributu hesab edilən "Qeyri-dövlət" "qeyri-hökumət təşkilatları" terminləri sadəcə olaraq bu təşkilatların dövlət orqanları sisteminə münasibətini önə çəkir, yəni onların hökumətdən asılı olmayan müstəqil olduqlarını göstərir. Digər tərəfdən, bir sıra  ictimai elementlər  dövlət strutkturları vətəndaş cəmiyyəti ilə vahid şəbəkədə birləşir. Buna bir misal kimi hakimiyyətdə olan partiyanı göstərmək mümkündür. Belə bir partiya vətəndaş cəmiyyəti tərəfindən yetişdirilməklə yanaşı, hazırda fəaliyyəti ilə dövlət aparatı ilə sıx əlaqədədir. Beləliklə, dövlətlə vətəndaş cəmiyyəti bir-biri ilə ayrılmaz vəhdət vahid ictimai orqanizmin iki hissəsini təşkil edir. Normal inkişaf etmiş vətəndaş cəmiyyəti azad demokratik fərdlərarası münasibətlər, ictimai fərdlərin müxtəlif maraqlarının tələbatlarının ödənilməsi üçün şərait yaradır. Vətəndaş cəmiyyətini təşkil edən institutların dövlətlə müqayisədə müstəqil olma dərəcəsi cəmiyyətdə hakimiyyət bölgüsünə hakimiyyətin xarakterinə həlledici təsir göstərir. Belə cəmiyyətdə hakimiyyət bir nəfərin əlində cəmləşə bilməz.

Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial siyasi subyektlərin maraqlarını cəmləşdirir. Bu isə kifayət qədər tez-tez münaqişələrə onlar arasında qarşıdurmalara gətirib çıxarır. Belə vəziyyətləri aradan qaldırmaq, müəyyən mənada sosial harmoniyanı yaratmaq vəzifəsi isə yalnız vətəndaşların borcu deyil. Burada əsas yük ali arbitr rolunda çıxış edən dövlətin üzərinə düşür. Çünki dövlət olmadan vətəndaş cəmiyyəti normal fəaliyyət göstərə bilməz. Digər tərəfdən isə tərəqqi edən vətəndaş cəmiyyəti olmadan dövlət heç vaxt demokratik ola bilməz, belə dövlət quruluşu avtoritar rejimlərin bir növünə çevrilməyə məhkumdur.

Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu sahə üçün əsasən dövlətdə mövcud olan vertikal, ierarxik əlaqələr deyil, horizontal, qeyri-hakim əlaqələr xarakterikdir. Sonuncular olduqca müxtəlifdir üç təbəqədən ibarətdir.

Birinci təbəqə, ümumilikdə fərdin cəmiyyətin maraqlarının qorunması şərti ilə, iqtisadi plüralizm üzərində təşəkkül tapmış iqtisadi münasibətlərdir. Vətəndaş cəmiyyətinin tam şəkildə fəaliyyəti üçün onun hər bir üzvü konkret mülkiyyətə sahib olmalı bu mülkiyyətdən istədiyi kimi istifadə etmək hüququna yiyələnməlidir. Mülkiyyətə sahiblik istər fərdi, istərsə kollektiv ola bilər. Amma bir şərtlə ki, kollektivin hər bir üzvü həqiqətən mülkiyyətçi olsun. Bir sözlə, mülkiyyətin mövcudluğu istər vətəndaş, istərsə hər hansı bir digər cəmiyyətdə şəxsiyyət azadlığının əsas şərtlərindən biridir.

İkinci, sosial-mədəni münasibətlərdir. Bura ailə, qohumluq, etnik, dini sair davamlı əlaqələr daxildir. Vətəndaş cəmiyyəti yalnız fərqli sosial qruplar təbəqələrin maraqlar palitrasını tam şəkildə əks etdirən müxtəlif, çoxsahəli sosial struktur üzərində əsaslana bilər. Bu müxtəliflik keyfiyyət kəmiyyət baxımından stasionarlığını qoruya bilməz. O, obyektiv olaraq daim dəyişikliklərə cəhd edir. Çox sahəli sosial struktur yaxşı inkişaf etmiş, xüsusən horizontal əlaqələrə mütləq malik olmalıdır. Mükəmməl olmayan sosial struktur mövcud olduqda, fərd birbaşa dövlətlə əlaqəli olur. Bu isə onun şəxsi hüquqlarının azadlıqlarının icrasını xeyli çətinləşdirir. Vətəndaş cəmiyyətinin sosial konturlarının müəyyənləşdirilməsində mədəni plüralizm əsas rollardan birini oynayır. O, mənəvi həyatın bütün elementlərini özündə cəmləyərək, bu sahədə bütün fərdlərin bərabərhüquqlu iştirakını təmin edir. Mənəvi dəyərlərə məhdudiyyətsiz yolun açılması şəxsiyyətin özgələşmə fenomeninin aradan qalxmasına yardım edir. Vətəndaş cəmiyyəti yalnız üzvlərinin yüksək sosial, psixoloji, intellektual inkişafa, daxili azadlığa malik olduqları ictimai həyatın bu ya digər institutuna daxil olduqda müstəqil hərəkət etməyə qadir olduqları halda varlığını qoruya bilər.

(Ardı var)

AQİL

 





27.02.2014    çap et  çap et